Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb -ŞƏKİLLƏR

Tarix: 07-03-2019 17:45     Baxış: 4263 A- / A+
Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb, qayğıları ilə maraqlanıb

Manevr.az
xəbər verir ki, Q.Paşayeva seçicilərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə cənab Prezidentin şəhid ailələri ilə bağlı qəbul etdiyi sərəncamlarına, problemli kreditlərin həlli ilə bağlı verdiyi qərarlarına, minimum əmək haqqının artırılması ilə bağlı sərəncamına görə təşəkkür etdiklərini və onların təşəkkürünü dövlət başçımıza çatdırmağı xahiş ediblər və bildiriblər ki, cənab Prezidentin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən bu qərarları onların həyatına çox müsbət təsir göstərəcək. Seçicilər eyni zamanda ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıb. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.
Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar