Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Eynulla Fətullayev və Cəmil Həsənli dartışması

Tarix: 18-11-2016 10:12     Baxış: 4483 A- / A+
Eynulla Fətullayev və Cəmil Həsənli dartışması
Azər HƏSRƏT

Eynulla Fətullayevlə Cəmil Həsənlinin media üzərindən bir-birilərinə ünvanladıqlarını oxuyuram. Sərtdir, hətta bəzən çərçivədən də çıxır. Amma, açığı, maraqlıdır da. Ümumiyyətlə isə Eynullanın yazı üslubu və zənginliyi onun oxunmasını təmin edir. Professor Cəmil Həsənli də, əslində, intellektual imkanları zəif olan birisi deyil. Di gəl ki, Eynulla buna şübhəylə yanaşır və şübhəsini yetərincə ağlabatan şəkildə arqumentləşdirir. Bununla işim yox.

Mənim üçün maraqlı olan başqa bir nəsnədir: Eynullanın həbsdə olduğu günlərdə Cəmil Həsənli və mənsub olduğu düşərgənin yanaşmaları. Onlar Eynullanı hay-küylə, çığıra-çığıra müdafiə edirdilər. Siyasi məhbus elan etmişdilər. Xaricdən 77-ci dərəcəli bir katib də gəlsə, ona Eynulla haqqında gen-bol danışırdılar. Əllərinin altında olan media, həmin medianın irili-xırdalı yazarları da “siyasi məhbus Eynulla Fətullayev”in hesabına əməlli-başlı qonorar qazanmaq imkanı əldə etmişdilər.

Yaxşı bazar idi. Hələ onlardan bəziləri bu Eynullanın məhbəsdə yatmasının hesabına beynəlxalq mükafatlar filan da aldılar. Özü də yaxşı rəqəmlərlə ifadə edilən valyuta şəklində. Bununla da işim yox.

Həmin günlərdə, aylarda, illərdə bu cəbhənin mirzələri həm də məni gözdən qoymurdular. Ki, bəs sən demə, mən Eynullanın həbsdə qalmasının tərəfdarıyam, onu müdafiə etmək vəzifə borcum olsa da bunu etmirəm. Hətta deyirdilər ki, “rejimə satılmısan”, ona görə də Eynullanın həbsinə göz yumursan. Mənsə onlara izah etməyə çalışırdım ki, Eynullanın doğrudan da həbsdən çıxmasını istəyirsinizsə, ondan siyasi dəllallıq məqsədilə istifadə etmirsinizsə, qaraqışqırıq salmaqdan əl çəkin, başqa və hakimiyyəti yumşaldacaq metodlara üz tutun. Yəni dialoq aparın, danışın, inandırın ki, Eynulla tezliklə azad edilsin. Bunlar məni dinləmirdilər. Öz bildiklərini edirdilər. Özü də elə sərt şəkildə ki, heç bir hakimiyyət bu cür hay-küyçülərlə masa arxasında oturub danışıq aparmazdı. Necə ki, Azərbaycan hakimiyyəti aparmırdı. Mən də bu qənaətə gəlirdim ki, bunların məqsədi Eynullanın həbsdən çıxması deyil, əksinə, onun daha uzun müddətə orda qalmasıdır ki, hesabına yaxşı qrantlar əldə edib çoxlu səfərlərə getsinlər.

Dediyim kimi, məni ittiham edirdilər ki, Eynullanı müdafiə etmirəm. O vaxt da bu məsələyə aydınlıq gətirmişdim, indi də təkrar qayıtmağı zəruri bilirəm.

Mən, əslində, Eynullanı xoşlayan birisi olmamışam və indi də ona rəğbətim olduğunu deyə bilmərəm. Özü də son yazılarından birində yazdığı kimi, o, sosial-demokratdır. Mənsə milliyyətçi. Aramızdakı ideoloji uçurum əbədi davam edəcək yəqin ki. Amma bununla belə heç vaxt bir-birimizə qarşı sayğısızlıq etməmişik, etmərik də. Yəni ideolojimiz fərqli olsa da mübahisə və müzakirələrimizi ədəb çərçivəsində aparacaq qədər iradə sahibiyik. Hər ikimiz özü də.

Eynulla həbsdəykən onu müdafiə etmədiyimə gəlincə, bu, əlbəttə ki, əsassız bir ittiham idi. Mən, bəzi dostlarımızla birlikdə onun həbsdən azad edilməsi üçün mümkün olan hər şeyi etmişəm. Sadəcə olaraq etdiklərimi(zi) ictimailəşdirmədən, yersiz hay-küyə səbəb olmadan. Yadımdadır, hətta bir dəfə Beynəlxalq Mətbuat İnstitutunun qurultaylarından birində təklif edilmişdi ki, Eynullanın məsələsilə bağlı komissiya yaradılsın ki, sonda bəyanat qəbul edilsin. Şəxsən özüm bu təşəbbüsə qarşı çıxdım. Özü də izah etdim ki, bu metod onun həbs müddətini azaltmayacaq. Əsaslandırmalarım ağlabatan olduğu üçün mənimlə razılaşmışdılar. Ona görə də məsələ müzakirə olunsa da bəyanat mətni hazırlanmadı və bir müddət sonra Eynulla azad edildi.

Yəni o hay-küyçülərdən fərqli olaraq biz də hər zaman əlimizdən gələni etmişik ki, Azərbaycanın qara siyahılara düşməsinə səbəb olan adların problemini həll edək.

İndi yenidən Cəmil Həsənlinin və cəbhəsinin Eynulla Fətullayevə yönəlik iradlarına qayıdıram. Bu adamlar niyə mübahisə və müzakirələri ədəb çərçivəsində apara bilmirlər? Olmazmı ki, Eynulla ilə, eyni zamanda sizi tənqid edən, mövqeyinizi bəyənməyən başqalarıyla bağlı müzakirələri ədəb çərçivəsində aparasınız? Axı bunu etməyinizə mane olan nədir? Ümumiyyətlə isə, hakimiyyət iddiasında olan siyasi qüvvə və onun önündə gedənlər necə olur ki, ən adi əxlaq çərçivəsini belə gözləyə bilmir? Doğrudanmı bu çox çətindir?

Məncə, çətin olmasın gərək. Bəlkə başqa səbəb var? Var, əlbəttə! Sadəcə bu adamların nə böyüklərinin, nə də kiçiklərinin elementar ədəb çərçivəsində müzakirə aparmaq qabiliyyəti yoxdur!

Belə olan halda isə hakimiyyət iddialarını bir kənara atmalıdır bunlar! Hakimiyyətdə olmadan özlərinə yönəlik tənqidlərə bu qədər dözümsüz yanaşanların hakimiyyət sahibi olacaqları təqdirdə hansı dözümsüzlük sərgiləyəcəklərini təsəvvür belə etmək istəməzdim. Elə bu səbəbdən də onların ümumiyyətlə hakimiyyətdə olmasını da təsəvvür etmək keçmir könlümdən.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar