Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Halsızlığı aradan qaldıran qidalar

Tarix: 27-11-2018 13:59     Baxış: 3263 A- / A+
Halsızlığı aradan qaldıran qidalar


Halsızlıq ruhi və fiziki yorğunluq ilə xarakterizə edilən enerjinin aşağı düşməsidir.

Manevr.az.az bildirir ki, yuxu pozulması, uzun müddətli stres və qrip kimi xəstəliklər daxil olmaqla halsızlığın bir çox fərqli səbəbi ola bilər. Gün ərzində yediyimiz qidalar həzm olunduqdan sonra gündəlik fəaliyyətlərin yerinə yetirilə bilməsi üçün lazım olan enerjiyə çevrilir.
Kifayət qədər qidalanmadıqda bu enerji tam şəkildə yarana bilmir və halsızlığın yaranmasına səbəb olur. Düzgün qidalanaraq enerjinizi artıra və halsızlıqdan xilas ola bilərsiniz.

Protein əzələlər üçün lazım olan enerjinin ana qaynağıdır. Yüksək protein tərkibli qidalar norepinefrin və dopamin istehsalını artıraraq gümrah hiss etdirir. Amma mal əti və yumurta kimi protein qaynaqlarından tez-tez istifadə etdikdə pis xolestrol səviyyəsini yüksəldə bilər.

Bunun yerinə protein qaynağı olaraq dərisiz toyuq əti, lobya kimi qidalardan istifadə edə bilərsiniz. Protein qaynağı olan qatıq həzmi asanlaşdırmaqla yanaşı, “yaxşı” bakteriyalar olan probiotik baxımından da zəngindir. İmmunitet sistemini gücləndirərək xroniki yorğunluğu aradan qaldırır.

Bundan başqa su enerji və xroniki yorğunluqla mübarizədə ən böyük köməkçidir. Yorğunluq bədənin susuz qaldığının göstəricisidir.

Yorğunluqun səbəblərindən biri də dəmir əksikliyidir. Dəmir baxımından zəngin ət, balıq və yaşıl yarpaqlı tərəvəzlər yeyərək bunun qarşısını ala bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar