Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fərhad Abdullayev ipoteka kreditləri ilə bağlı qərarı şərh etdi

Tarix: 10-11-2018 19:42     Baxış: 3235 A- / A+
Fərhad Abdullayev ipoteka kreditləri ilə bağlı qərarı şərh etdi


"2018-ci il ərzində Konstitusiya Məhkəməsinin Plenumu sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edib".

Manevr.az bildirir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından biri olan Bakı Apellyasiya Məhkəməsinin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müraciətləri əsasında qəbul edilən "Mülki Məcəllənin 477.0.1-ci maddəsinin həmin məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" qanunun 1.0.8-ci və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11-ci və 307.4-cü maddələrinin "İpoteka haqqında" qanunun 3.2-ci və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli qərarında, ilk növbədə, kredit xətti müqaviləsinin mahiyyətinə aydınlıq gətirilib: "Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin əqd, öhdəlik və müqavilə barədə normalarını əlaqəli şəkildə təhlil edərək hesab edib ki, tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminliklə bağlı qeyd edib ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Hər bir halda "məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma" məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.

Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Eyni zamanda, qeyd edilib ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin "əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir" müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir"./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar