Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qafqaz Tufandağ Mountain Resort” oteli açılıb -QƏBƏLƏDƏ / Fotolar

Tarix: 10-08-2016 18:51     Baxış: 4562 A- / A+
“Qafqaz Tufandağ Mountain Resort” oteli açılıb

Prezident İlham Əliyev avqustun 10-da Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib.
Manevr.az-ın president.az-a istinadən məlumatına görə, açılışda bildirilib ki, Qəbələnin əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu otelin inşası 2014-2016-cı illərdə həyata keçirilib. Ərazisi 4 hektar olan otelin tikinti sahəsi 3400 kvadratmetrdir. Beşmərtəbəli binada 50 otaq, o cümlədən 23 standart, 12 ailəvi, 14 junior suite, 1 kral nömrəsi yerləşir. Bununla yanaşı, ərazidə 3 kottec də yaradılıb. Oteldə 100 nəfərlik kafe-bar, 400 nəfərlik kafe, 500 nəfərlik steak və şərab evi, 200 nəfərlik “Duruca” yeməkxanası, 500 nəfərlik “Qəbələ” kafesi fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Ümumi sahəsi 560 kvadratmetr olan SPA və idman mərkəzində zəruri avadanlıqlar quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.
Oteldə uşaqlar üçün də ayrıca yeməkxana və oyun zalı yaradılıb. “Qafqaz Tufandağ Mountain Resort”da sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi və satışı mağazası açılıb, xizək yolu ekskalatoru qurulub və təlimlər üçün otaqlar inşa edilib. Otel kompleksində 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Manevr.az

“Qafqaz Tufandağ Mountain Resort” oteli açılıb
“Qafqaz Tufandağ Mountain Resort” oteli açılıb
“Qafqaz Tufandağ Mountain Resort” oteli açılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar