Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi -VİDEO

Tarix: 31-08-2017 10:59     Baxış: 4447 A- / A+
Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi

Xəbər verildiyi kimi, ötən gün stasionar postda bir sürücü yük avtomobilini polislərinin üzərinə sürüb.
Manevr.az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb və sürücü saxlanılıb.
Məlum olub ki, “Mercedes” markalı yük avtomobilini idarə edən Laçın rayon sakini Novruzov Əlisultan Ələmşad oğludur.
O, mal-qara daşıdığı həmin yük avtomobili ilə Bərdə rayonu istiqamətində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfində “saxla” işarəsi verilib, lakin sürücü polisin əmrinə tabe olmayaraq hərəkəti davam etdirib.
DYP-nin stasionar postunda dayanan yol polislərini aldadaraq və onlardan birinin üzərinə avtomobili sürərək dayanmadan hərəkəti davam etdirib. Onu təqib edən patrul avtomobilinə də qəza şəraiti yaradıb, hətta polis avtomobilinin üzərinə sürüb. Lakin polis əməkdaşlarının səyi nəticəsində onun idarə etdiyi avtomobil saxlanılıb.
Məhkəmənin qərarı ilə sürücü Əlisultan Novruzov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıqda təqsirli bilinərək 15 gün inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar