Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirin təyin etdiyi məktəb direktoru ana dilində düzgün yaza bilmir - ŞƏKİL

Tarix: 13-08-2020 22:02     Baxış: 21 276 A- / A+
Nazirin təyin etdiyi məktəb direktoru ana dilində düzgün yaza bilmir - ŞƏKİL
Emin Əmrullayev

Təhsil naziri Emin Əmrullayev Bakının mərkəzində - metronun “Sahil” stansiyasının yanında yerləşən 7 saylı orta məktəbə yeni direktor təyin edib. Nazirin imzaladığı əmrə əsasən, bundan sonra sözügedən təhsil müəssisəsinə Könül Təhməzova rəhbərlik edəcək.

Nanevr.az bizimyol.info-ya istinadla xəbər verir ki, Könül Təhməzova Xalq artisti Afaq Bəşirqızının gəlinidir. O, ibtidai sinif müəllimi olub.
Könül Təhməzovanın fəaliyyəti barədə məlumat almaq üçün onun internetdəki bloquna nəzər saldıq. Məlum oldu ki, yeni direktor Azərbaycan dilinin qrammatikasını ya bilmir, ya da əməl etmir. Təkcə bir yazıda xeyli sayda orfoqrafik, qrammatik və sintaktik səhvlər vardı. Məsələn, Könül xanım “da” və “də”nin harada bitişik, harada ayrı yazılmasını sinifdə şagirdlərinə öyrətməli olduğu halda, özü bu məsələdə çox ciddi səhvlərə yol verir.

Könül Təhməzova bloqunda məlumat verir ki, hazırda ibtidai siniflər üçün Azərbaycan dili fənn kurikulumu üzrə işçi qrupun üzvüdür. Elə həmin cümlədə də “qrup” sözünü “qurup” kimi yazıb.
Nazirin təyin etdiyi məktəb direktoru ana dilində düzgün yaza bilmir - ŞƏKİL
Könül Təhməzova

Könül xanım 2014-2015-ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

Onun bloq yazısından təkcə bir abzası olduğu kimi təqdim edirik. Nəticəni özünüz çıxarın:

Nazirin təyin etdiyi məktəb direktoru ana dilində düzgün yaza bilmir - ŞƏKİL


“Hal-hazırda ibtidai siniflər üçün Azərbaycan dili fənn kurikulumu üzrə işçi qurupunun (“qrupun” olmalıdır - red.) üzvüyəm. Əldə etdiyim biliklər sayəsində elektron dərslər hazırlayır, açıq dərslər verirəm. Hər bir müasir müəllim öz işində layihələrə önəm verməlidir. Məndə (“də” ayrı yazılmalıdır - red.) məktəbdə şagirdlərimlə bir çox layihələr hazırlayaraq (, - red.) onlarda müstəqil düşünmə (, - red.) fikiryürütmə qabiliyyətlərini və humanitar hisslər (humanitar hiss olmur, “humanizm hissi” olmalıdır - red.) formalaşdırmağa çalışıram. Elektron dərs və müəllimlər üçün əlavə vəsaitləri öz “Sabahımız” adlı blogumda ("bloqumda" olmalıdır - red.) birləşdirərək bütün müəllimlərin yararlana biləcəkləri məlumatları onlarla bölüşdürməkdən (“bölüşməkdən” olmalıdır - red.) böyük zövq alıram”.

Nanevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar