Sizin Reklam Burada
Xəbər lenti
31 may
30 may
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Tarix: 18-05-2020 15:50     Baxış: 474 A- / A+
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 16 may 2020-ci il tarixində onlayn iclasını açan Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Təhsil Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixdə elan edilmiş və hazırda məzmun ekspertizası ərəfəsində olan “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” barədə müzakirələrin vacibliyi barədə məlumat vermiş və bu mövzuda iclasın təşkil edildiyini iştirakçıların diqqətinə çatdırdı.

İclasda iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov məlumat verərək bildirdilər ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in tətbiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli Qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaqdan, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Təhsil Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixdə elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu 18.04.2020-ci il tarixdə başa çatmışdır. Məlumat verilmişdir ki, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu tam elektronlaşdırılmış və grants.edu.az portalı vasitəsilə aparılmışdır. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə, ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) sayda layihə təqdim edilmişdir.

Mövzu ilə bağlı Şura sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı, fəlsəfə doktoru Etibar Əliyev, Asif Cahangirov, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə çıxışlar edərək rəy, təklif və tövsiyələrini bildirmişlər. Belə ki, müsabiqənin prioritet istiqamətləri formalaşdırılan ümumi təhsilin hər səviyyəsi üzrə mövzuların nəzərdə tutulması, innovativ istiqamətlərə daha çox yer ayrılması, müsabiqə qaliblərinin və onların layihələrinin kütləvi informasiya vasitələrindən geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumtəhsil müəssisələrində tətbiqi və bir sıra digər tövsiyələr verilmişdir. Eyni zamanda, növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə Şura üzvlərinin də cəlb edilməsi təklif edilmişdir.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar