Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov: “Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”

Tarix: 23-04-2020 22:40     Baxış: 4276 A- / A+
Şahlar Əsgərov: “Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”

Ötən gün onlayn keçirilən mətbuat konfransında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarına biologiya fənni üzrə koronavirusla bağlı sualların salınacağını bildirdi.

Bu qərar təhsil işçiləri arasında düzgün hesab edilməyib.

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bunu yolverilməz səhv hesab edir.

“Koronavirusdan qəbul imtahanlarına sualların salınması yolverilməzdir. Çünki orta məktəb bilikləri öyrədir. Bilik isə tarixin süzgəcindən keçmiş elmi nəticədir. Yəni o biliklər elmi nəticə kimi 100-200 il bundan qabaq kəşf olunub və tarix, zaman onun düz olduğunu bir daha sübut edib. Tarix həmin faktları sübut etdiyinə görə indiki zamanda dərsliklərə salınır, şagirdlərə öyrədilir. Amma koronavirus bizim dərsliklərdə yoxdur. Dərslikdə olamayan məlumatları şagirdlərdən soruşmaq pedaqoji baxımdan da düzgün deyil.

Son illər koronavirusla bağlı biliklər toplanıla bilər. Amma bu da mümkün olmayacaq, ona görə ki, bu virus tarixdə cəmi bir dəfə baş verib və bundan sonra nə vaxtsa baş verəcəyi məlum deyil. Elm isə daim təkrarlanan şeyləri öyrənir. Koronavirus pandemiyasının təkrarlanmasının ehtimalı var, amma nə vaxt olacaq bu məlum deyil. Belə bir qeyri- məlum prosesi şagirdlərdən soruşub onları qiymətləndirmək düzgün deyil”.

Qeyd edək ki, bu məsələ abituriyentlər arasında da narahatlıq doğurub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar