Sizin Reklam Burada
Xəbər lenti
01 aprel
31 mart
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi konfransda iştirak edib -ŞƏKİL

Tarix: 02-03-2020 20:56     Baxış: 491 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi konfransda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq ixtisası üzrə II kurs tələbəsi İsgəndər İsgəndərov Xəzər Universitetində “Humanitar elmlər: dünən, bu gün və sabah” mövzusunda tələbə elmi konfransında iştirak edib.

Manevr.az xəbər verir ki, İsgəndər İsgəndərov konfransda “Şəriətin məqsədləri (məqasid) təliminin mahiyyəti və ümumbəşəri əhəmiyyəti” mövzusunda çıxış edib. O, məruzəsində “məqasid” məfhumunun tərifi, təsnifatı, dini mətnlərin öyrənilməsi və bir sıra müasir problemlərin həllinin tapılması məsələlərindən danışıb. Qeyd edib ki, “Məqasid” təlimi İslamın mahiyyətini hərtərəfli başa düşməyi, onun mənbələrinə düzgün münasibət bəsləməyi təmin edə bilər.
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi konfransda iştirak edib

Aİİ-nin tələbəsi İsgəndər İsgəndərovun məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, belə tədbirlərdə iştirak tələbələrin elmə marağının artırılmasında, nitq mədəniyyətinin formalaşdırılmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynayır. Azərbaycan İlahiyyat İnstitutunda müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, treninqlər və görüşlərin keçirilməsində məqsəd gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, onların elmi fəaliyyətə marağının artırılması, bu yöndə onların fəallığına nail olunması və elmi axtarışlara sövq edilməsidir.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar