Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Diqqət: Bu imtahanlar daha tez keçiriləcək

Tarix: 24-12-2019 11:45     Baxış: 4310 A- / A+
Diqqət: Bu imtahanlar daha tez keçiriləcək


Əvvəllər rezidenturaya baza imtahanı mart-aprel aylarında, ixtisas imtahanı isə iyul ayından sonra keçirilirdi. Bu prosesin davamı olaraq bu il Dövlət İmtahan Mərkəzi tərəfindın təklif verilib ki, baza fənləri üzrə imtahanlar daha tez verilsin.

Bunu Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında mərkəzin Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək: "İmtahandan “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. 4-cü kursda qeyri-məqbul alanlar növbəti kursda yenidən bazs imtahanı verə biləcəklər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr (4-cü, 5-ci, 6-cı kurs tələbələri və əvvəlki illərin məzunları) də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar".

N.Əliyev qeyd edib ki, bundan əlavə, ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar:

"Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq. Artıq 2020-2021-ci il üçün aparılan qəbul qaydalarında dəyişikliklər öz əksini tapacaq".

Qeyd edək ki, Nazirlər Kabineti dekabrın 20-də “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar