Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu hal tənqidlərə səbəb olur - Ceyhun Bayramov

Tarix: 18-12-2019 19:37     Baxış: 4471 A- / A+
Bu hal tənqidlərə səbəb olur - Ceyhun Bayramov


"Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər. Bu, bəzi hallarda tənqidlərə də səbəb olur. Ancaq hesab edirəm ki, qiymətləndirmələrdə bizim nəticənin yüksək olmaması iştirak etməmək üçün əsas gətirilə bilməz".

Manevr.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmələrdə bütün ölkələr iştirak etmir. Burada əsasən inkişaf etmiş ölkələr iştirak edirlər.

Nazir hesab edir ki, bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada bir cəsarət tələb edir: "Həmin beynəlxalq qiymətləndirmələrin nəticələrinin sıralamasında daha vacibi yer tutmağın analitik təhlili, buna səbəb olan amillər barədə ölkəyə təqdim edilən çox geniş materialların hazırlanmasıdır. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır".

C.Bayramov qeyd edib ki, əsas məqamlardan biri də Azərbaycanın milli qiymətləndirmələri ilə beynəlxalq qiymətləndirmə standartları arasında fərqlərin olmasıdır: "Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir. Əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxunun Azərbaycanda təhsil sistemində istifadə etməkdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar