Sizin Reklam Burada
Xəbər lenti
14 noyabr
13 noyabr
BÜTÜN XƏBƏRLƏR

AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirildi

Tarix: 18-10-2019 11:42     Baxış: 433 A- / A+
AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirildi

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına bəzi xarici dillər üzrə qəbul şərtləri dəyişdirilib.

Akademiyadan verilən məlumata görə, AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarına əsasən, akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları ingilis dilindən akademik İELTS proqramı üzrə keçirilir.

Bu imtahan AMEA-nın gənc alimlərinin ingilis dilində oxu, danışıq və yazı bacarıqlarının inkişaf etdirilməsinə, onların xarici ədəbiyyatdan sərbəst istifadəsinə, beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsinə və nüfuzlu elmi bazalardan istifadə imkanlarının artırılmasına zəmin yaradıb.

Bununla yanaşı, iddiaçılar xarici dildən doktoranturaya qəbul və doktorluq imtahanlarında alman və ya fransız dilini seçmək hüququna malikdirlər.

Bu dillərdən iddiaçıların biliklərinin müvafiq tələblərə uyğun qiymətləndirilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Alman və fransız dillərindən doktorluq və qəbul imtahanlarının keyfiyyətinin yüksəldilməsi haqqında" sərəncam imzalayıb.

Sənədə əsasən, AMEA-nın doktoranturasına növbəti qəbul və cari ilin qış imtahan sessiyasından başlayaraq doktorluq imtahanlarında iddiaçılar müstəqil olaraq alman dilindən B2 səviyyəsi üzrə Höte sertifikat imtahanı, fransız dilindən isə B1 və ya B2 səviyyəsi üzrə DELF imtahanı verərək imtahanın nəticəsini təsdiq edən müvafiq sertifikatı AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim etməlidirlər.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar