Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dərslərin başlayacağı tarix açıqlandı

Tarix: 02-09-2019 16:49     Baxış: 4229 A- / A+
Dərslərin başlayacağı tarix açıqlandı

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyindən 2019/20 tədris ili sentyabrın 16-dan başlayacaq.

Yeni tədris ilinin proqnoz göstəricilərinə gəlincə, Azərbaycan bölməsi üzə I sinfə 147458, rus bölmə üzrə 15852 şagirdin qəbulu nəzərdə tutulur.

Bundan başqa, XI sinfə Azərbaycan bölməsi üzə 75855, rus bölmə üzrə isə 6542 şagirdin tədris alması proqnozlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Xatırladaq ki, Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 43 məktəb binası yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

2019-cu ildə ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar