Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş deputatın dələduz oğlu Məleykə Abbaszadədən necə istifadə etdi? - MƏHKƏMƏ

Tarix: 28-06-2019 13:23     Baxış: 4314 A- / A+
Keçmiş deputatın dələduz oğlu Məleykə Abbaszadədən necə istifadə etdi? - MƏHKƏMƏ


Keçmiş deputat Dünyamalı Məmmədovun dələduzluqda və mənimsəmədə təqsirləndirilən oğlu Elvin Məmmədovun məhkəməsi prosesi davam edib.

Manevr.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, şirkətdə yoxa çıxan mallar Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilməli olan avandanlıqlarla bağlı yaranıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlıqlarının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasszadə də xəbər tutub. Şirkət rəhbərliyi ilə M. Abbasszadə arasında da telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlıqları DİM-ə yox, başqa bir quruma göndərilib.

Elvin Məmmədov da bunu etiraf edib. Bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.

Məhkəmə iclası iyulun 2-də davam etdiriləcək.

Qeyd edək ki, Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlıqlarının satışını həyata keçirən "Happy Baku" MMC-nin direktoru olub. İş üzrə iki nəfər zərərçəkmiş var.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar