Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Formula-1" ilə əlaqədar Bakının bəzi məktəblərində tədris dayandırıldı

Tarix: 23-04-2019 18:35     Baxış: 3269 A- / A+
“Formula-1" ilə əlaqədar Bakının bəzi məktəblərində tədris dayandırıldı


"Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar yarışların keçirildiyi küçədə yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə şagirdlərə aprelin 30-na qədər istirahət verilib.

Manevr.az-ın xəbərinə görə, bu barədə report-a məktəbdən məlumat verilib.

Bildirilib ki, yolların bağlanılması ilə əlaqədar olaraq artıq aprelin 22-dən şagirdlərin dərsə gəlməsində məhdudiyyətlər yaranıb: "Aprelin 30-na qədər yolların bağlı olması səbəbindən şagirdlər məktəbə gəlməkdə çətinlik çəkirlər deyə dərslərdə iştirak edə bilməyəcəklər. Amma onların bu müddət ərzində keçmədikləri dərslər mayın əvvəlindən hissə-hissə tədris olunacaq. Müəllimlər isə hər gün işə gəlirlər”.

132-134 nömrəli təhsil kompleksindən isə "Report”a bildirilib ki, məktəbin binası Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşməsinə baxmayaraq dərslər dayandırılmayıb: "Hətta aprelin 26-sı saat 13:00-dək qədər şagirdlərin dərsə gəlmələri üçün valideynlərə müraciət edilib”.

Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşən 23 nömrəli tam orta məktəbdən telefon zənglərinə cavab verən olmayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, "Formula 1” üzrə Azərbaycan Qran-prisi 26-28 apreldə keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar