Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbliləri biliklə yox, kitabla yükləyən təhsil

Tarix: 03-04-2019 20:18     Baxış: 3406 A- / A+
Məktəbliləri biliklə yox, kitabla yükləyən təhsil

Qəbul imtahanları yaxınlaşdıqca məktəblilərin, abituriyentlərin, eləcə də valideynlərin qayğıları artmağa başlayır.

Repetitor məşğəllələri, sınaq imtahanları intensivləşir. Orta ümumtəhsil müəssisələrində normal təhsilin verilməməsi valideynləri övladlarının təhsil alması üçün məşğələ və repetitorlara külli miqdarda vəsait sərf etməsinə səbəb olur. Amma ilbəil test sualları ağırlaşır, suallar orta məktəblərdə verilən tədrisin səviyyəsinə uyğun olmur. Beləliklə, vaxtilə qəbulda islahat olaraq tətbiq edilən test sistemi öz mahiyyətini itirərək, narazılıqlara səbəb olmaqdadır.

Yaranmış vəziyyətdən çıxış yolu isə tapılmır. Bunun əvəzinə əlaqədar qurumlar - Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin qarşılıqlı ittihamları davam edir. Mövcud vəziyyətdə qəbul imtahanlarında islahatların edilməsi müzakirə mövzusuna çevrilir. Test üsulunun abituriyentlərin bilik və bacarıqlarının yoxlanılması üçün uğurlu yol olduğu inkar edilməsə də, imtahan suallarının orta məktəblərdə verilən tədrisin səviyyəsinə uyğun olmaması narazılıq yaradan başlıca məqama çevrilib.

Ölkəmizdə test üsulunun tətbiq edilməsinə imza atan şəxslərdən biri, sabiq təhsil naziri, filologiya elmləri namizədi Firudin Cəlilov da “Cümhuriyət” qəzetinə açıqlamasında yaranmiş durumdan narazı olduğunu bildirib:
Məktəbliləri biliklə yox, kitabla yükləyən təhsil


“Qəbul imtahanlarının testlə keçirilməsi ideyası mənim idi. Sonra isə Vurğun Əyyubu da dəvət etdik. Komissiyaya sədr təyin olundu və bu ideyanı çox gözəl formada davam etdirdi. Əslində test məsələsi mənim “günahımdır”. Amma biz testi tətbiq edəndə ədalət prinsipini bərpa eləmək istəyirdik. Çünki o vaxt ali məktəblərə hansı yollarla qəbul aparılması bəlli idi. Test tətbiq olunan ilk illərdə cəmiyyət bundan çox razı idi. Hətta elə kasıb ailələr var idi ki, bir ildə iki övladı ali məktəbə qəbul olunurdu”.

Firudin Cəlilov deyir ki, test üsulunun təkmilləşdirilməsinə ehtiyac var:

“Bu sahədə təkmilləşdirməyə ehtiyac var. Biz testi tətbiq edən zaman planlaşdırırdıq ki, gələcəkdə bu iki mərhələli olsun. Buraxılış imtahanı qəbul imtahanını əvəz etsin, sonradan keçirilən qəbul imtahanlarında isə əlavə yerləşmələr həyata keçirilsin. Bunun müxtəlif modelləri var ki, dünya ölkələrində tətbiq olunur. Amma planlarımız yarımçıq qaldı.Testin mahiyyəti də dəyişdi. Hətta imtahanlarda iştirak etməyən şəxs də ali məktəbə qəbul olunur. Bundan böyük cinayət olmaz axı”.

Sabiq təhsil naziri deyir ki, test sistemində hər il islahatlar aparılmalıdır. Onun sözlərinə görə, imtahan suallarının aydın şəkildə qoyulması vacibdir:

“Suallar çaşdırıcı yox, yönəldici olmalıdır. Bəzən elə dolaşıq suallar qoyulur ki, oxuyan başa düşmür ki, nə istəyirlər. Bəzən isə iki variant cavaba uyğun olur. Təbii ki, vəziyyətdən valideynlər də, müəllimlər də vəziyyətdən narazıdır. Hesab edirəm ki, vicdanla işləmək lazımdır. Xalq üçün, təhsilin inkişafı üçün işləmək lazımdır. Amma bizdə məmurlar iş otaqlarında öz vəzifələrinin icrası ilə məşğul sahəyə baxsaq, belədir. Ciddi islahatlar aparılmalıdır, mütəxəssislər proqramlar hazırlamalıdırlar”.

Orta məktəblərdə tədris yükünün ağır olması məsələsinə də toxunan Firuddin Cəlilov hesab edir ki, bu uşaqların məktəbə həvəssiz getməsinə şərait yaradır:

“6-7 yaşlı körpə uşaqları kitablarla, əlavə fənnlərlə bu qədər yükləmək olmaz. Mənasız kağızları, kitabları uşaqlara yükləyirlər. İmkan vermirlər ki, onlar uşaqlıqlarını yaşasınlar, məktəbə həvəslə getsinlər. Məktəbdə dərslərlə yanaşı, oyunlar, əyləncələr də olmalıdır. Bizim təhsilimiz inkişaf etməkdənsə, geriyə gedir. Amma elə bilirlər ki, kitabları rəngli buraxmaq, uşaqları yükləmək təhsilin inkişafıdır, amma nəzərə almırlar ki, hər yaş təbəqəsinin öz qəbuletmə səviyyəsi var”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar