Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik - Təhsil Nazirliyi

Tarix: 01-04-2019 22:40     Baxış: 4419 A- / A+
 Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik


Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə bağlı müsahibələrin aprel ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur.

Manevr.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, vakant yerlərin və işə qəbul olunan müəllimlərin sayı Bakıda çox olduğu üçün müsabiqədə iştirak məqsədilə daha çox paytaxt müəllimləri tərəfindən müraciətlərin ediləcəyi gözlənilir:

"Təbii ki, cənub zonasında da - Cəlilabad, Lerik, şimal zonasında ucqar kənd məktəbləri üzrə müraciətlərin sayının çox olacağı gözlənilir".

E.Bağırov əlavə edib ki, bu müsabiqədə yalnız müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Bunun üçün namizədlər 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Daha sonra Təhsil Nazirliyi tərəfindən sənədlərin emalı aparılacaq. Müsabiqədə iştirak üçün qeydiyyatdan keçən və elektron ərizələri təsdiq olunmuş namizədlər müsahibəyə dəvət ediləcəklər.

Nazirlik rəsmisinin sözlərinə görə, müsahibələrin aprel ayının ikinci yarısında - təxminən 15-22 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Ümumilikdə müsabiqənin aprelin sonunadək yekunlaşdırılması və nəticələrin də həmin müddətədək yerli təhsil şöbələrinə göndərilməsi planlaşdırılır. Müsahibə zamanı namizədlərə ixtisaslarına, metodiki biliklərinə və ümumi dünyagörüşünə dair suallar veriləcək. Müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.

E.Bağırov diaqnostik qiymətləndirmənin nəticələrinin bu müsabiqədə rol oynamadığını söyləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar