Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada neçə nəfər Azərbaycan vətəndaşı təhsil alır?

Tarix: 15-02-2019 09:03     Baxış: 5297 A- / A+
Rusiyada neçə nəfər Azərbaycan vətəndaşı təhsil alır?


2018-2019-cu tədris ilində Azərbaycandan olan 205 nəfərin RF-də büdcə hesabına pulsuz təhsil alması üçün kvota ayrılıb. Ümumiyyətlə, təhsilin bütün növləri üzrə, aspirantura da daxil olmaqla 11 mindən çox Azərbaycan vətəndaşı oxuyur. Onlardan 1017 nəfəri federal büdcə vəsaitləri hesabına, 10284 nəfəri kommersiya əsasında təhsil alır.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, "Rossotrudniçestvo" agentliyinin rəhbəri Eleonora Mitrifanova bu məlumatı RF Dövlət Dumasında keçirilmiş "Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsasıdır" mövzusunda dəyirmi masada səsləndirib. O qeyd edib ki, Azərbaycanda 130 min nəfərlik rusdilli diaspor yaşayır. Bu, ən iri rusdilli icmalardan biridir. Digər tərəfdən, hazırda Rusiya ərazisində 2,5 milyon Azərbaycan vətəndaşı çalışır. Zəngin mədəni əlaqələr siyasi əlaqələrin mühüm əsasıdır və onları tamamlayır. İlk növbədə ölkələrimizin liderləri Vladimir Putin və İlham Əliyevin münasibətləri çox səmərəli və intensivdir. Bizim nazirlər müntəzəm olaraq görüşürlər. Keçən həftə Patriarx Kirill Azərbaycan Prezidenti ilə görüşüb. Rəmzi haldır ki, Azərbaycan Rusiyanın üçüncü ölkələrlə danışıqlar aparması üçün dəfələrlə qonaqpərvər beynəlxalq məkan kimi çıxış edib və bu missiyanı davam etdirir. Biz Azərbaycanın bu töhfəsini yüksək qiymətləndiririk".

"Rossotrudniçestvo" agentliyinin rəhbəri xatırladıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340-dan çox məktəb var, 3 mindən çox məktəbdə isə rus dili xarici dil kimi tədris edilir. Həmin məktəblərdən 50-si Azərbaycan Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi layihəsinə daxil edilib. E. Mitrofanova sonda deyib: "Ölkələrimiz arasında ikitərəfli humanitar əlaqələr möhkəmdir və bu əlaqələrin intensiv inkişafı davam edir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar