Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

546 azərbaycanlının məzarı məlum deyil - MEK

Tarix: 24-01-2019 17:30     Baxış: 3293 A- / A+
546 azərbaycanlının məzarı məlum deyil - MEK

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı hazırlanıb.

AMEA-dan publika.az-a verilən məlumata görə, tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq siyahının rəhbərlik etdiyi müəssisə tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə töhfə olaraq hazırlandığını söyləyib. O, hazırlanmış siyahının elektron kataloqa salındığını və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini diqqətə çatdırıb.

Siyahının hazırda açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin nəzərdə tutulduğunu deyən L.İmanova ictimaiyyəti, xüsusilə Türkiyə və İranda təhsil alan həmyerlilərimizi bu məsələdə MEK-ə dəstək verməyə çağırıb.

Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova hazırlanmış siyahıya dair təqdimatla çıxış edib. O, bolşeviklərin Azərbaycanda hakimiyyətinin ilk illərində insanların təqib və böhtanlara məruz qaldığını, AXC-nin yaradılmasında iştirak etmiş insanların repressiya qurbanlarına çevrildiyini, ziyalı, hərbçi, elm, mədəniyyət, incəsənət və din xadimlərinin Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edildiyini, onların dəfn yerlərinin ictimaiyyətə məlum olmadığını vurğulayıb.

Bölmə rəhbəri bunu nəzərə alaraq tədqiqatçıların yazılarından istifadə etməklə həmin insanlar haqqında “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı”nın hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, siyahı araşdırmaçı Şəmistan Nəzərlinin “Arxivlərin sirri açılır” əsəri, həmçinin tədqiqatçı alim Nəsiman Yaqublunun AXC ilə bağlı yazıları və müxtəlif İnternet portallardakı məlumatlar əsasında hazırlanıb.

N.Həsənova 546 nəfərlik siyahıda AXC dövründə təhsil almağa göndərilən tələbələr barədə məlumatların da yer aldığını, siyahının gələcəkdə genişləndiriləcəyini deyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar