Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ötən ilin məzunları hansı qaydalarla imtahan verəcək? - AÇIQLAMA

Tarix: 11-10-2018 17:45     Baxış: 3571 A- / A+
Ötən ilin məzunları hansı qaydalarla imtahan verəcək? - AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi 2019-cu ildən tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssələrinə qəbul imtahanlarının yeni modelini açıqlayıb.

Baku TV-yə müsahibə verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə yeni qaydaların bütün detallarına aydınlıq gətirib.

DİM rəsmisi əvvəlcə 9 və 11 illik təhsil səviyyəsi üzrə yekun qiymətləndirmə imtahanlarının şərtlərindən danışıb:

“Əsas yeniliklər ali təhsil müəssələrinin bakalavriat səviyyəsində keçiriləcək qəbul imtahanları ilə bağlıdır. Belə ki, bu ildən etibarən abituriyentlər hər qrup üzrə üç fəndən imtahan verəcəklər.

Yeniliklərdən biri də əvvəlki illərin məzunları ilə bağlıdır. Bu ildən etibarən əvvəlki illərin məzunları ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə imtahan verəcəklər”.

Xanlar Xanlarzadə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul şərtlərini də açıqlayıb.

Son olaraq DİM rəsmisi bu il keçiriləcək qəbul imtahanları günlərinin siyahısının yanvar ayında elan olunacağını qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar