Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbdənkənar təhsil müəssisələrinə qrant almaq hüququ verildi

Tarix: 02-08-2017 09:40     Baxış: 4453 A- / A+
Məktəbdənkənar təhsil müəssisələrinə qrant almaq hüququ verildi

Azərbaycanda məktəbdənkənar təhsil müəssisələri qrant və ianələr ala biləcək.


Manevr.az apa-nın məlumatına istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nə müvafiq dəyişiklik edib.

Beləliklə, məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlər, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və qanunvericiliklə qadağan olunmayan digər mənbələr olacaq.

Qeyd edək ki, məkkəbdənkənar müəssisə təhsil sisteminin tərkib hissəsi olub uşaqların, yeniyetmələrin, gənclərin mənəvi və fiziki inkişafını, onların müxtəlif yaradıcılıq tələbatını təmin etmək üçün təsis edilir. Bir və çoxprofilli məktəbdənkənar müəssisələr hərtərəfli inkişaf üçün və asudə vaxtlarını düzgün müəyyənləşdirməkdə uşaq və yeniyetmələrə şərait yaradır. Məktəbdənkənar müəssisələrin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların istirahətlərinin, asudə vaxtlarının, əyləncələrinin mənalı təşkilidir. Məktəbdənkənar müəssisə həmin ərazidə ictimai tələbatın olması nəzərə alınmaqla və bunun üçün kadrlar, zəruri maddi-texniki baza, maliyyə vəsaiti olduqda, Azərbaycan Respublikası yuxarı dövlət idarəetmə orqanları və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, yerli icra hakimiyyətinin qərarı ilə açılır. Şagird və tələbələrin əsas fəaliyyəti, onların marağına görə yaradılmış dərnək, bölmə, studiya, klub, ansambl, teatr və sairə birliklərdə məşğələ, eləcə də digər fəaliyyət növləri vasitəsi ilə həyata keçirilir. Çətin profilli dərnəklər - avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən mürəkkəb idman növləri, habelə rəsm, dekorativ-tətbiqi sənət 8-10 şagirddən, digər birliklər birinci tədris ilində ən azı 15 şagird, sonrakı tədris illərində isə ən azı 12 şagirddən təşkil edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar