Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il 500-dən yuxarı bal toplayan 1296 nəfər Bakı Dövlət Universitetini seçib

Tarix: 31-08-2016 11:40     Baxış: 4495 A- / A+
Bu il 500-dən yuxarı bal toplayan 1296 nəfər Bakı Dövlət Universitetini seçib

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, bu il ali məktəbə 4798 tələbə qəbul olub. Bu, ötən tədris ili ilə müqayisədə 526 nəfər çoxdur.

4798 tələbədən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 1 nəfərin seçimi də BDU olub.

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.

Bu il universitetdə bakalavr pilləsində filologiya istiqaməti üzrə Türk dili və ədəbiyyatı, Fars dili və ədəbiyyatı, magistratura pilləsində isə İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar açılıb.

Eyni zamanda bu ildən etibarən BDU-nun Qazax filialına 8 ixisas üzrə tələbə qəbulu aparılıb. Həmin ixtisaslardan Turizm və otelçilik, Ekologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar