Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Xıncım-xıncım, tikə-tikə, qıça-qıça Azərbaycan"

Tarix: 10-06-2020 21:19     Baxış: 4402 A- / A+
"Xıncım-xıncım, tikə-tikə, qıça-qıça Azərbaycan"

Moskvanın, Tehranın
Əlini, ayağını,
Yalağını yalayır.
Vaşinqtonun, Parisin
Qabağında diz çöküb
Quyruğunu bulayır.


Manevr.az Ramiz DUYĞUNun "Bir oğul istəyir Vətən" poemasını təqdim edir:

BİR OĞUL İSTƏYİR VƏTƏN
(lirik poema)

Səbrin, Allah səbridir,
səbrinə qurban olum.

“Qisas! Qisas!” – hayqıran
Günahsız şəhidlərin
Qəbrinə qurban olum.

Bu gün aman günümüz,
Sanki, yaman günümüz.
Ağrı, əzab, kədər, qüssə
Sıra-sıra düzülüb.
Əlimiz, ayağımız,
ARXAMIZ, dayağımız,
Hər bir yerdən üzülüb,
Hər bir yerdən kəsilib.
Çürük sap tək nəzilib.

Para-para Azərbaycan,
Parça-parça Azərbaycan.
Xıncım-xıncım, tikə-tikə,
Qıça-qıça Azərbaycan.

Torpağımın altı yatır, üstü yatır,
Yerdən duran cumub dartır,
Şimal dartır,
Cənub dartır.
İlan dartır, bağa dartır,
Daşnak dartır,
Dığa dartır...

Gülümüz vağam olub,
Dərmədik vağam olub.
Dünənki nökərimiz,
bu günsə “ağam” olub.
Xankəndidə, Şuşada,
Kəlbəcərdə, Laçında,
Ağdamda “darğam” olub.

Ayaqqabımı yamayan,
Ayaqlarımı yuyan,
EŞŞƏYİMİN ÇULUNU,
NOXTASINI daşıyan,
Hambal dığa Daşnakyan
Gülbahar bağlarımda
Sarımsaq, soğan olub...

O, dünənki altdığım
Mənə qənim, yağıdır.
Göylərə ucaltdığım
Xan naxış sarayımı,
Bəy naxış ulduzumu,
Günəşimi, ayımı,
Viran edib dağıdır,
Çilik-çilik eyləyir.
Qərinədən artıqdır
Qızımız, gəlinimiz
Daşnakstan adlanan
Daşlıq xarabazarda
Nökərçilik eyləyir...

Moskvanın, Tehranın
Əlini, ayağını,
Yalağını yalayır.
Vaşinqtonun, Parisin
Qabağında diz çöküb
Quyruğunu bulayır.

Gecəsi, gündüzü yox,
Daşnak ulduza hürür.
Üstümüzə yüyürür
Qotur, çolaq atında.
Dövlətimiz, varımız,
Namusumuz, arımız,
Ayaqları altında.

Azərbaycan adını
Daşımağa haqqımız yox!
Bu gün bizim bu torpaqda
Yaşamağa haqqımız yox!

Bu gün aman günümüzdü,
Sanki yaman günümüzdü...

Bəs harda qaldı bizim
Çox əsrlik tariximiz,
Çox zamanlıq tariximiz?
Qəhrəmanlıq tariximiz?

Bəs harda qaldı görən,
Şah İsmayıl Xətainin
Əlçatmayan xanədanı?
Babəkimin, Cavad Xanın,
Tarix girdablarında
Günəş odlu qızıl qanı,
Zaman-zaman calanmış.
Nədir? Onda
şan-şöhrətli tariximiz yalanmış!?

Nədir onda
İstiqlalın yollarında
Şəhidlərin qızıl qanı,
Alver, bazar, cəhl, şəhvət yollarına
Elə-belə dağılmış?!
Nədir? Onda
Qəhrəmanlıq tariximiz,
Əfsanəymiş, nağılmış?..

Bəsdir artıq! Şair, bəsdir,
Burda saxla!
Yaramızı çox oydun sən
Küt bıçaqla.

Keçmişimiz, tariximiz
Qətiyyətdir!
Əfsanə yox, bir nağıl yox,
Həqiqətdir!
Həqiqətdir!

Bəsdir artıq,
Qanı axan yaramızın közlərini
Nidalarla, suallarla körüklədin!
Bəsdir! Bəsdir!
Dayaz, axar çaylar kimi
Köpüklədin!

Bunu sübut etmək üçün,
Düşdüyümüz günümüzü
Quru tabut etmək üçün,
BİR OĞUL İSTƏYİR VƏTƏN,
Yeriyəndə yer tərpənsin,
Ayaqlarının altında!
Əbədiyyət hökm eyləsin,
Hər anında, hər günündə
Qolundakı saatında!

BİR OĞUL İSTƏYİR VƏTƏN,
Bu torpağın
Hər daşını, çınqılını duya bilsin!
Hər otunu, hər gülünü,
Qanqalını duya bilsin!

Qəzəbi kinin üstünə qoya bilsin!
İmanı dinin üstünə qoya bilsin!
Nifrəti hirsin üstünə qoya bilsin!
Murovu Kirsin üstünə qoya bilsin!

“Hoy! Hoy!” - desin,
“Hey, hey!” - desin!
Hər sözündə, kəlməsində
Bir can kimi bir olmalı,
Quzey desin, Güney desin!

BİR oğul istəyir Vətən,
Hər bir sözü, hər kəlməsi,
Mənə çatsın, sənə çatsın,
Ona çatsın, buna çatsın!
Mənə yetsin, sənə yetsin,
Ona yetsin, buna yetsin!
ELƏ OĞUL İSTƏYİR VƏTƏN,
Hər cümləsi belə bitsin:
“ÖZÜNDƏ QÜVVƏTİN, ÖZÜNDƏ QÜVVƏN!
Özünə arxalan, özünə güvən!”
Dərk et, bu niyyəti,
Bu həqiqəti:
Qohuma, yadlara göz dikmək olmaz!
Vaxtdır! Ayağa qalx!
Gecikmək olmaz!”

BİR OĞUL İSTƏYİR VƏTƏN,
Əyninə vulkanları,
Tufanları geyinsin!
Ən qanlı tarixləri,
Zamanları geyinsin!

BİR OĞUL İSTƏYİR VƏTƏN,
Dişiylə, dırnağıyla
Bəndləri, bərələri,
Kor düyünləri qırsın!
Çox ucadan hayqırsın!
Onun həqiqət səsi qitə-qitə yayılsın.
Qocalıqdan kar olmuş,
Qulaqları tutulmuş
Qoca dünya ayılsın.
Həqiqətin uğrunda,
Ədalətin uğrunda,
Təpər, qeyrət OYANSIN.
YEYİB-İÇMƏKDƏN SONRA
DƏRİN YUXUYA GETMİŞ
MİLLƏTimiz OYANSIN.

BİR OĞUL İSTƏYİR VƏTƏN,
Nərəsi, hayqırtısı
Komandan kürsüsündə
Koroğlu nərəsi tək
Dağlar, dərələr ötsün.
Eşidən düşmənləri,
Qara yerin altına,
Torpaq altına dürtsün!

Daşnaklara, dığalara gor oxusun!
On milyonluq Azərbaycan,
Yer üzündə əlli milyon.
O tay, bu tay Azərbaycan,
Bir ağızdan xor oxusun:
“Daha sözlər qurtarıb,
Ucuz sözlər qurtarıb!
Baha sözlər qurtarıb.
İndi söz silahındır!
İndi söz Allahındır!”

De, vardırmı belə oğul,
De, vardırmı, Azərbaycan?
Mən bu sualları verdiyim zaman,
Bir səs gəldi, qeybdən!
Bir səs gəldi uzaqdan:
“Vardır, vardır, belə oğul!
Öz xalqına həm hökmdar, həm o, qul!
Vardır, vardır belə oğul!..

Bu səs necə doğma idi,
Bu səs necə təmiz idi!
Bu səs necə mehribandı,
Bu səs necə əziz idi!
Bu səs zirvələrdən uca,
Dəryalardan dərindi!
Bu səs Ulu Öndərindi!
Həmişəki tək
Bu səs bütöv, bu səs tamdı!
Davam etdi:
“Vardır, vardır belə oğul,
O, İLHAMDI!
İşğalçıya o, qənimdi,
O, qisasdı, intiqamdı!
Mən o kəsə, mən o şəxsə,
Özümdən çox inanıram!
Qarabağı düşünəndə,
Mən İlhamı anıram.
İlham mənim
Həyatımın davamıdı!
Azərbaycan tarixində başladığım
Büsatımın davamıdı!

Vardır, vardır belə oğul,
Öz xalqına həm hökmdar, həm o qul!

Vardır, vardır, vardır, vardır!
İnanıram!
Tək bircə o, xilaskardır!
Yalnız İham
Hər addımı atacaqdır,
Hər bir riskə,
Hər əmələ gedəcəkdir.
Qarabağı,
Kəlbəcəri, Qubadlını,
Zəngilanı, Cəbrayılı,
Ancaq İlham, yalnız İlham
Azad, xilas edəcəkdir.

Yalnız İlham torpaqları,
Xilas, azad eyləyəcək!
Qara, qurşun
Buludların altındakı
Dərələri, dağları,
Xilas, azad eyləyəcək!
Hər qarışı, hər addımı,
O, adbaad eyləyəcək.
Xarabazar, viran qalmış
Obaları, elləri
İlham abad eyləyəcək!...

Mən onunla, tək onunla,
İlham ilə ata kimi,
Mən ucaldım, mən yüksəldim.
Mən İlhamı xalqım üçün, yurdum üçün.
Öz yerimə qoyub gəldim!
Bu eşq ilə, bu inamla,
Hər an, hər gün mən yanıram.
Mən İlhama inanıram!
Özümdən çox inanıram!
Bu səs ötən tarixlərin səsi idi,
Bu səs gələn əsrlərin səsi idi!
ULU ÖNDƏR dərsi idi...

Ramiz DUYĞUN

Bakı, 22 may 2020 il.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar