Xəbər lenti
Tural Turan:"Xatirələrimizi əsir götürdü ağlını itirmiş yasəmən qoxusu..."
...Səndən sonra
evimiz də çıxıb getdi...
Bircə əynindəki
divarları soyunub atdı üstümə...
Manevr.az Tural Turanın yeni şeirlərini təqdim edir:
***
Yaxasını açıb göy üzü,
Döşündən süd verir
tanımadığı yetimlərə...
Yetimlər...
Sabaha göndərdiyimiz
qara kağızlardı,
göy üzünə himn oxuyan
dilsiz ağızlardı yetimlər.
Yaxasını açıb göy üzü,
Duaların üstə yağır...
Bütün qara kağızların
üstünə həvəslə yağır.
Gəlmə
Sənin gülüşlərin üşüyür bir az,
mənimsə ovcumda
bir cüt ayrılıq çiçəkləyir,
gəlmə!..
Gəlsən kimi tapacaqsan ki;
Nəğməmizi cəbhəyə yolladılar.
Xatirələrimizi əsir götürdü
ağlını itirmiş yasəmən qoxusu.
Tut ağacımızı da
yağışlar güllələdi...
Pianonun dilləri üstündə
o yan bu yana qaçışır
ayağı sarıqlı göz yaşlarım,
gəlmə!..
Səndən sonra
evimiz də çıxıb getdi...
Bircə əynindəki
divarları soyunub atdı üstümə.
Gəlmə,
Gəlsən kimi tapacaqsan ki?!.
Tural Turan
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar