Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“XƏZAN” jurnalının FEVRAL sayı çapdan çıxdı

Tarix: 20-02-2020 21:11     Baxış: 2911 A- / A+
“XƏZAN” jurnalının FEVRAL sayı çapdan çıxdı

“XƏZAN” jurnalının fevral (yanvar-fevral 2020) sayı çapdan çıxıb.

Xatırladaq ki, ədəbi-bədii jurnal 2016-cı ildən Əli bəy Azərinin redaktorluğu ilə nəşr olunur.
Manevr.az bildirir ki, 130 səhifəlik jurnalın fevral sayı poeziya, xüsusilə də nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Redaktor guşəsində yerləşdirilmiş “Yola davam” məqaləsində jurnalın 2019-cu il üzrə nəşrinə nəzər salınmış, ötən illərlə müqaisə olunmuş və paralellər aparılmışdır.
Jurnalın bu nömrəsində üç şairin; Füruzə Məmmədlinin 80, Məhəmməd Əlinin 70Ələddin Əzimlinin 65 yaşı qeyd olunmuşdur.
Yola saldığımız “Nəsimi ili” münasibətilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovanın “Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri”, filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasovla müstəqil tədqiqatçı Həsən Hüseyninin birgə hazırladığı “Nəsimidən Nəsimlər” və “Könüllülər ili” münasibətilə Günay Ələkbərovanın hazırladığı “Bir könüldən min könülə” məqalələr jurnalın publisistika bölümündə yerləşən seçmə məqalələrdir.
Nəsr bölməsi Yaşar Süleymanlının “Şəhərin ən məşhur pişiyi hekayəsi” ilə başlayır. Bu bölmədə həmçinin Şiringül Musayevanın “Bu nə sevda?” povesti, Camal Zeynaloğlunun “Ölüm doğmalığı”, “Əlil sevgili”, Qafar Cəfərlinin “Son nəfəsdə”, “Bir ömür sevgi”, Əlif Məhərrəmlinin “Yaddan çıxmış hədiyyə”, Turac Hilalın “Qürurum” Eldar Qarqarçayın “Tək söyüdün nəğməsi” Bakir Əli Misiroğlunun “Tirdə” hekayələri, Rəşid Bərgüşadlının “Hər iki üzü yalan dünya” Pərvanə Bayramqızının “Bakıkart” novelları yer almışdır. Eyni zamanda Gülər Eldarqızının “Burulğan” romandan bir parça da jurnalın bu sayında yer almışdır. Romanın hissə-hissə çap olunacağı qeyd olunur.
Poeziya bölməsində Budaq Təhməzin “Gəmiqayaya salam” poeması seçmədir. Ondan başqa poeziya həvəskarları jurnalın bu sayında Füruzə Məmmədlinin, Məhəmməd Əlinin, Ələddin Əzimlinin, Məzahir İsgəndərin, Hafiz Əlimərdanlının, Xaliq Azadinin, Rafiq Akifin, Tamam Qarayevanın, İbrahim Yusifoğlunun, Ülvi Səmazənin, Ömər Səmədovun və Aynur Dəryanın yeni şeirləri ilə tanış ola bilərlər. Müasir Özbək ədəbiyyatının kifayət qədər tanınmış simalarından Gülzirə Şaripovanın şeirləri müasir Azərbaycan ədəbiyyatının tanınmış imzalarından biri olan Şahməmməd Dağlaroğlunun tərcüməsində təqdim olunur.
“Nəsimi ili”nin yekunları ilə bağlı Özbəkistanda birincilik qazanmış Oqtay İsmayıllı ilə söhbətindən Şahməmməd Dağlaroğlunun hazırladığı “Özünü şagird sayan müəllim” sərlövhəli müsahibədə İmadəddin Nəsimi dühasının incəliklərindən söhbət açılır, olduqca maraqlı məqamlara toxunulur. Şahməmməd Dağlaroğlunun “İnsanın surətində rəhmanın heyranıyam...” məqaləsi də Oqtay İsmayıllının yaradıcılığına, xüsusən də yaxın vaxtlarda çapdan çıxmış “Nəsimi şagirdiyəm” şeirlər kitabına həsr olunub.
Əli bəy Azərinin ““Nəsimi ili”nin baş mövzulu əsəri” məqaləsi,Şiringül Musayevanın “Mən Nəsimiyəm” romanı, Vaqif Osmanovun “Bu günümüzün “Leyli və Məcnun” dastanı” məqaləsi Rafiq Akifin “Yalquzaq qayası” romanı, Əbülfət Mədətoğlunun “Acı xatirə də şirin dadarmış” məqaləsi Gülər Eldarqızının “Səssiz xatirə” kitabı, Budaq Təhməzin “Qələmin ucunda şirinləşən sözlər” məqaləsi İbrahim Yusifoğlunun İran İslam Respublikasının paytaxtı Tehran şəhərində çap olunan “Payızda üşüyən çiçək” kitabı, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Minaxanım Nuriyeva Təkəlinin “Adı özünə, sözünə və şeirinə yaraşan şair” Həqiqət xanımın yaradıcılığı haqqındadır.
Rəna Mirzəliyevanın Şahməmməd Dağlaroğlunun yaradıcılığından bəhs edən “İsmayıllı torpağının sadə, səmimi oğlu – DAĞLAROĞLU, elin şair oğlu” məqaləsinin son hissəsi də jurnalın bu sayındadır.
Fərhad Əsgərovun (Ramizoğlunun) “Əgər faydalı təkliflər həyata keçsə...” sərlövhəli məqaləsində bir çox faydalı təkliflər irəli sürülmüşdür.
Beləliklə, “Xəzan” jurnalının fevral nömrəsini də ədəbi proseslərin inkişafı istiqamətində atılmış növbəti uğurlu addımlardan biri hesab etmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar