Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni terroru və Qriqorian kilsəsi” kitabı işıq üzü görüb

Tarix: 30-11-2019 21:47     Baxış: 3157 A- / A+
“Erməni terroru və Qriqorian kilsəsi” kitabı işıq üzü görüb

Tədqiqatçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın “Erməni terroru və Qriqorian kilsəsi” adlı Azərbaycan və ingilis dillərində yeni araşdırması çap olunub.

Manevr.az xəbər verir ki, Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda erməni kilsəsinin tarixi, bu xalqın milli-irqçi identifikasiyasının formalaşmasında kilsə amili, bundan əlavə, Qriqorian kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində bilavasitə iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən təkzibolunmaz faktlar təqdim edilib.

Kitabda Qriqorian kilsəsinin erməni separatizminin ilk rüşeymi olması, erməni millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti açıb göstərilib.

Xarici ölkələrdə erməni diaspor və lobbi təşkilatlarının təhrif olunmuş həqiqətlərə söykənən qatı anti-Türkiyə və anti-Azərbaycan təbliğatını, erməni millətçiləri ilə informasiya müharibəsində əhəmiyyətli elmi-faktoloji material hesab edildiyini nəzərə alaraq “Erməni terroru və Qriqorian kilsəsi” monoqrafik elmi işi həm də ingilis dilinə tərcümə olunub.

Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, rəyçiləri, professorlar Qasım Hacıyev və Mais Əmrahovdur.

Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov, tərcüməçisi Ceyhun Bayramlı, ingilis dilli versiyanın redaktoru Bakı Slavyan Universitetinin dissertantı Afət Əliyeva, Azərbaycandilli versiyanın redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.

Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və xarici ölkələrin ekspertləri üçün nəzərdə tutulub.Azərtac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar