Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abortdan sonra sağ qalan uşaq illər sonra anasını tapdı - Şəkil

Tarix: 26-06-2020 12:13     Baxış: 4274 A- / A+
Abortdan sonra sağ qalan uşaq illər sonra anasını tapdı - Şəkil

ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərinin sakini abortdan sonra sağ qalmış uşaq olduğunu öyrənib və 30 ildən sonra anasını axtarıb tapıb.

Manevr.az xəbər verir ki, bu abrədə “The Sun” xəbər yayıb.

Məlumata görə, Rut 19 yaşında olarkən (1970-ci ildə) hamiləliyinin yeddinci ayında anası tərəfindən aborta məcbur edilib. Əməliyyat uğursuz keçib və döl sağ qalıb. Rutun anası həkimlərdən bu barədə qızına bir şey deyilməməsini tələb edib və körpəni tibbi tullantı kimi atmalarını istəyib.

Tibb bacısının isə yeni doğulan körpəyə yazığı gəlib və onu intensiv terapiya şöbəsinə yerləşdirib. Qızcığaz sağ qalıb. İki ay sonra onu Ron və Linda cütlüyü övladlığa götürüb. Bu vaxt ailənin doğma qızı Timminin dörd yaşı var idi.

Övladlığa götürülən körpəni Melissa adlandırırlar.

"Şərq" qəzeti yazır ki, Melissa xoşbəxt uşaqlıq dövrü keçirib. Ailəsi heç vaxt onun övladlığa götürüldüyünü gizlətməyib, ancaq qız buna görə narahat olmayıb. Düşünüb ki, yəqin, anası çox erkən hamilə qalıb və onu böyütmək üçün gənc olub.

Melissa 14 yaşında ikən bacısı ilə dalaşarkən Temmi qəzəbdən “Ən azı valideynlərim məni istəyiblər” deyib. Burada acı həqiqət ortaya çıxıb. Anası onun uğursuz abortun qurbanı olduğunu anladıb.

Qız öz ağrısını ətrafdakılardan gizlətməyə çalışsa da, emosiyalarına nəzarət edə bilməyib. Nəticədə, içməyə başlayıb. Bir müddət sonra o, şok vəziyyətindən çıxıb və 19 yaşında ikən bioloji valideynlərini tapmaq qərarına gəlib.

Melissa onların adlarını öyrənib və 2007-ci ildə atası ilə əlaqə yaratmaq istəyib. Məlum olub ki, kişi ölüb.

Ümidini itirməyən qız bioloji anasının xətti ilə nənə və babasını tapsa da, onlar uzun müddətdir ki, qızlarından xəbər almadıqlarını deyiblər. Bir neçə ildən sonra Melissanın doğma xalası qızı onunla əlaqə saxlayıb və Rutun yerini deyib. 62 yaşlı qadın vaxtilə abort etdiyi qızın yaşadığını öyrənəndə şoka düşüb. O, qızı ilə görüşmək üçün özündə kifayət qədər güc hiss etməyib. Buna görə, ana-bala uzun müddət sadəcə məktublaşıblar. Nəhayət, bir neçə ildən sonra Rut və qızı şəhər zooparkında görüşüblər.

“Biz bir-birimizi görən kimi sarıldıq. İndi daha tez-tez görüşürük. Hər ikimiz Kanzas Sitidə yaşayırıq və uşaqlarım onu nənə deyə çağırır”, - Melissa bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar