Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın istefasını tələb edən müxalifət liderinə təzyiq edilir

Tarix: 14-06-2020 18:35     Baxış: 3238 A- / A+
Paşinyanın istefasını tələb edən müxalifət liderinə təzyiq edilir

Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirir.

Ermənistan mətbuatının xəbərinə görə, buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir.

Belə ki, onlar zorla polis avtomobillərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Daha sonra etirazçıların müxtəlif polis idarələrində saxlandığı və 3 saatdan sonra azad ediləcəyi bəyan edilib.

Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon ABŞ dollar məbləğində vergi verilməyib.

Buna cavab olaraq Çiçəklənən Ermənistan Partiyasının mətbuat katibi Sveta Tonoyan vurğulayıb ki, Qaqik Tsarukyan şirkətlərini etibar etdiyi şəxslərin idarəçiliyinə verib və özü bizneslə məşğul olmur.

Qeyd edək ki, Qaqik Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra ona qarşı təzyiqlər artıb. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar