Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan qarışdı: xalq küçələrə axışdı - Video

Tarix: 14-06-2020 18:17     Baxış: 4231 A- / A+
İrəvan qarışdı: xalq küçələrə axışdı - Video

Ermənistanda xüsusi xidmət orqanları Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın evini mühasirəyə alıb.

Manevr.az xəbər verir ki, Çiçəklənən Ermənistan Partiyasının ofislərində isə yoxlamalar başlayıb. Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb.

Erməni mediasının yaydığı məlumata görə, Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Çarukyanın tərəfdarları olan etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onları binaya daxil olmağa imkan vermir.

Etirazçılar “Çarukyan”, “Nikol, get”, “Çarukyan baş nazirdir” şüarları səsləndirirlər.

Polis KİV mənsublarına qarşı da təzyiqlər göstərir. Jurnalistlər aksiya iştirakçılarının toplaşdığı əraziyə buraxılmır.

Çiçəklənən Ermənistan Partiyasından olan deputatlara qarşı da eyni münasibət sərgilənir.

Çiçəklənən Ermənistan Partiyasından deputat Arman Abovyan bunun sırf siyasi təqib olduğunu bildirib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Çarukyanın evində axtarış aparır. Deputat deyib ki, onlarda olan məlumata görə, axtarış 2017-ci il seçkilərində Martunidən namizədliyini irəli sürmüş bir nəfərdə olan sənədlə bağlıdır.

***

Ermənistan xüsusi təyinatlıları Milli Təhlükəsizlik Xidmətinin binasına girməyə çalışan onlarla vətəndaşa qarşı güc tətbiq edib. Onların arasında hüquq-müdafiəçisi Ruben Məlikyan da olub.

Aralarında Çiçəklənən Ermənistan Partiyasının deputatlarının da olduğu vətəndaşlarla polis arasında toqquşma baş verib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar