Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk professordan sensasiyalı iddia: Virusun mənbəyi bu heyvandır, qidalarda da...

Tarix: 08-04-2020 10:33     Baxış: 5213 A- / A+
Türk professordan sensasiyalı iddia: Virusun mənbəyi bu heyvandır, qidalarda da...

Türkiyənin Medipol Universitetinin tibb profossoru Fevzi Səfa Dereköy koronavirusun donuzdan yayıldığını iddia edib.

Manevr.az xəbər verir ki, professor 1960-cı illərdə koronavirusun donuzlarda çox sayda infeksiyaya səbəb olduğunu bildirib.

O qeyd edib ki, əvvəlki illərdə koronavirusa yoluxan donuzlarda nəzərə çarpan simptomlar insanlarda müşahidə edilir: "Son illər dünya miqyasında bu virusla əlaqəli bir çox donuz xəstəliyinə rast gəlinir. Laboratoriya araşdırmaları virusun insan hüceyrələrindəki reseptorları və çarpaz növlərin keçmə qabiliyyətini bağlaya biləcəyini aşkarlayıb.

Çində donuz əti istehsalçılarına 2018-ci ilin avqustunda başlayan 19 aylıq Afrika donuz qripi epidemiyası ilə bağlı xəbərdarlıq edilmişdi. Dünyada donuz əti ixracının 39 faizi Çinə aiddir".

Professorun sözlərinə görə, canlı heyvanlardan başqa bu infeksiya peyin, embrion və donuzlardan hazırlanan dəri kimi məhsullardan da keçə bilər: "Məlumdur ki, bu viruslar hətta ABŞ-dan idxal olunan, tərkibində donuz qatqısı olan qida və dərman vasitələrində də yaşaya bilər. Bu vəziyyət epidemiyanın ABŞ-da yayıldığını göstərir".

Professor virusun pişiklərə, itlərə, quşlara və hətta toyuqlara yoluxa biləcəyini qeyd edib: "Evdəki heyvan yemləklərinə diqqət edin. Bazardan protein ehtiva edən pişik və köpək qidaları almaq risklidir".teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar