Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maaşlar 10 faiz qalxdı, ərzaq isə 100 faiz bahalaşıb - Türkmənistanda

Tarix: 03-01-2017 20:14     Baxış: 3516 A- / A+
Maaşlar 10 faiz qalxdı, ərzaq isə 100 faiz bahalaşıb

Yanvarın 1-dən Türkmənistanda büdcə təşkilatlarında çalışanların maaşı, təqaütlər, pensiya və müavinərlər 10 faiz artırılıb. Amma ərzaq, sənaye malları və kommunal xidmətlərin bahalaşmasına nəzər salanda, son aylar əhalinin xərclərinin 100% artdığı görünür.

2016-cı il iyulun ortalarında əməkhaqlarının artırıldığı elan edildi. AzadlıqRadiosu Türkmənistan xidmətinin məlumatına görə, bundan dərhal sonra bazar və mağazalarda ərzaq və sənaye məhsullarının qiyməri bahalaşmağa başladı.

Türkmənistandan olan şərhçi Amanmurad Bugaevin sözlərinə görə, son 6 ay ərzində Aşqabadda malların qiyməti və xidmətlər azı 100 % bahalaşıb.“Qiymət artımı prezidentin maaş və pensiyaları 10% artırmasından hələ 6 ay əvvəl başlayıb. 2015-1016-cı illərdə həyat xeyli bahalaşdı, 2016-2017-ci illərdə isə bu daha güclü hiss olunur. Beləliklə maaşların 10 faiz artırılması müqabilində, hər şeyin real qiyməti 100-120% faiz bahalaşıb”, deyə Bugaev bildirir.

Türkmənistan hakimiyyəti təxminən 2 həftə əvvələrzaq və bazarlarda malların bahalaşmasını saxlamağa çalışdı, satıcılardan malları dövlət qiymətinə satmaq tələb olundu.Beləliklə satıcılar yalancı qiymətlər qoymağa məcbur edildi, mallarsa alıcılara hətta baha qiymətə satılsa belə, onların şikayət etməyə belə yerləri yoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvarından Türkmənistanda milli valyuta olan manatın ABŞ dollarına konvertasiya edilməsi tam dayandırılıb.Bundan dərhal sonra ölkənin bütün regionlarında ərzaq və sənaye məhsullarının qiyməti daima qalxmağa başladı.Nəticədə ölkədə qənd, bitki yağı, ət, un, toyuq əti və yumurta da daxil olmaqla kəskin ərzaq qıtlıq yarandı və hal-hazırda vəziyyət beləcə davam edir.(virtualaz)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar