Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"

Tarix: 07-11-2019 12:19     Baxış: 3213 A- / A+
70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"


Bu gün dünya nefti tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Dünyanın səkkizinci möcüzəsi", "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.

Xəzər dənizində, Bakıdan 110 km şimal-şərqdə yerləşən "Neft Daşları" dünya nefti tarixində xüsusi yerə malikdir. Buranın müntəzəm tədqiqata cəlb olunması Azərbaycan geoloqu Ağaqurban Əliyevin adı ilə bağlıdır. 1945-ci ildən başlayaraq 3 il onun rəhbərliyi ilə ekspedisiya gərgin iş aparıb, rayonun geoloji xəritəsini hazırlayıb, rayonun sənaye üsulu ilə kəşfiyyat işləri planlaşdırılıb. 1948-ci ilin noyabr ayında Sabit Orucov, Yusif Səfərov və V.M. Roşşin bura gələrək qazılacaq ilk quyunun yerini müəyyənləşdiriblər. 1949-cu ilin aprel ayında V.M. Roşşinin rəhbərliyi ilə həmin yerdə ilk buruq quraşdırılıb, iyun ayında ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. İstismar müddəti keçmiş "Çvanov" gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 1000 metrə yaxın dərinliyə qazılmış ilk quyu həmin il noyabrın 7-də gündəlik 100 ton debitlə neft fontanı vurub. Bununla da dünya nefti tarixində yeni eranın - açıq dənizdə neft hasilatının əsası qoyulub. Bura əvvəllər "Qara Daşlar" adlandırılıb. Bu isə təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşların qara rəngə boyanması ilə bağlı olub. Neft hasilatına başlanması ilə "Dara daşlar" "Neft Daşları"na çevrildi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar