Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur "KVN"çiyə Rusiyada yüksək vəzifə verildi - ŞƏKİL

Tarix: 24-10-2019 08:15     Baxış: 3149 A- / A+
Məşhur "KVN"çiyə Rusiyada yüksək vəzifə verildi - ŞƏKİL

Rusiyanın Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov "Şən və Hazırcavablar Klubu" (KVN) oyunlarında iştirak edən "Sbornaya RUDN" komandasının sabiq kapitanı Sanqadji Tarbayevi Rusiya prezidenti yanında daimi nümayəndə təyin etdiyini bildirib.

Manevr.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Xasikov bu xəbəri "Instagram" sosial şəbəkəsində yayıb.

Onun sözlərinə görə, Tarbayev ən məşhur kalmıklardan biri və çox sayda əhəmiyyətli layihələri həyata keçirmiş ictimai xadimdir.

"Əminəm ki, o, federal mərkəzdə respublikaya lazımi dəstəyin göstərilməsi, investisiyaların cəlb edilməsi üçün sistemli işin həyata keçirilməsi və Moskvada kalmıklar arasında həmyerlilik əlaqələrinin artması üçün hər şeyi edəcək", - Xasikov deyib.

Sanqadji Tarbayev "Sbornaya RUDN" "KVN" komandasının tərkibində 2002-ci ildən 2007-ci ilədək çıxış edib. Bundan sonra o, filmlərdə və seriallarda prodüserlik edib. Bunların sırasında "Papinı doçki" və "Dayoş molodyoj" kimi layihələri göstərmək olar.

Tarbayev həmçinin 2010-cu ildə Xasikovla birlikdə "Fight Nights Global" adlı promouter şirkətinin təsisçilərindən biri olub.

Xatırladaq ki, Vladimir Zelenski də Ukrayna prezidenti seçilməzdən əvvəl komediya aktyoru, prodüseri və senaristi, eləcə də "KVN" iştirakçısı kimi tanınıb. Belə ki, vaxtilə o, "95-ci kvartal" adlı "KVN" komandasının kapitanı olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar