Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü qadın edən sabiq hərbçi yenidən kişi olmaq qərarına gəldi

Tarix: 16-10-2019 09:28     Baxış: 3169 A- / A+
Özünü qadın edən sabiq hərbçi yenidən kişi olmaq qərarına gəldi


Böyük Britaniyadan olan 60 yaşlı Piter Bencamin (Peter Benjamin) cins dəyişdirilməsi əməliyyatını keçirdikdən sonra yenidən kişi olmaq qərarına gəlib. Bu barədə The Sun nəşri məlumat verir.

Benjamin hələ yeniyetmə yaşlarından qadın paltarları geyinməyə başlayıb. O, 16 yaşından 20 yaşına qədər orduda xidmət edib, lakin bir gün sərxoş halda ətək geyinib Baraka gəldikdən sonra karyerası bitib.

Buna baxmayaraq, o, üç dəfə evli olub. 2011-ci ildə onun üçüncü həyat yoldaşı öldükdən sonra, kişiyə gender disforiyası (insanın öz bioloji cinsini qəbul edə bilməməsi – red.) diaqnozu qoyulub. Bencamen 2015-ci ildə kişi cinsiyyət orqanını əməliyyatla götürüb. Sabiq hərbçi bildirib ki, dövlət səhiyyə xidməti onun özəl klinikada əməliyyatı üçün on min funt (21 min AZN) ödəyib, lakin həkimlər ona döş böyütmə əməliyyatını tövsiyə etməyiblər.

“Sən möhtəşəm qızsan. Sənə möhtəşəm də ad lazımdır”, - deyərək qonşusu əməliyyatdan sonra onu Viktoriya adlandırmağa başlayıb. Lakin cinsi dəyişdikdən sonra, Bencamində panik ataklar başlayıb və nəticədə içkiyə qurşanıb, çox keçmədən başa düşüb ki, yenidən kişi olmaq istəyir. Britaniyalı bildirib ki, cinsini dəyişdikdən sonra kifayət qədər psixoloji dəstək almayıb və qadınlar arasında özünə dost tapa bilməyib. Benjamin təcavüzə məruz qalacağından qorxmağa başlayıb.

Yenidən kişi olmağa qərar verdikdən sonra, Bencamin yeddi kisə qadın paltarı, parik və kosmetika atıb./oxu.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar