Sizin Reklam Burada
Xəbər lenti
22 oktyabr
21 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Alimlər Venerada okean izləri tapıblar

Tarix: 09-10-2019 08:46     Baxış: 355 A- / A+
Alimlər Venerada okean izləri tapıblar


Alimlər "Venera-Ekspress" zondundan göndərilən məlumatların son təhlili və Venera planetinin yeni kompüter modelləri əsasında belə qənaətə gəliblər ki, çox da uzaq olmayan keçmişdə burada böyük su ehtiyatları olub. Ola bilər ki, planetin erkən dövründə onun səthində okean və "Yer iqlimi" mövcud imiş.

Manevr.az Azərtac-a istinadən bildirir ki, bu hipotezi Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə Moskvada keçirilən Günəş sisteminin öyrənilməsi üzrə simpoziumda Avstriya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimi Mayke Bauer təqdim edib. Onun sözlərinə görə, zondun məlumatlarında hidrogen izotoplarının miqdarının ölçülməsi nəticəsində məlum olub ki, bu elementlərin hamısı Veneraya kometalar tərəfindən və ya vulkan püskürməsi ilə gətirilə bilməz. Ağır hidrogenin ən azı bir hissəsi planetin doğulması vaxtı meydana gəlib.

Alimlər qeyd ediblər ki, Venera bizim planetin yarandığı şəraitdə və nöqtədə formalaşıb. Lakin o, görkəminə və quruluşuna görə Yerdən fərqlənir. İndi onun səthində demək olar ki, su yoxdur, atmosferi isə karbon qazı və 462 dərəcə Selsiyədək temperaturu olan kükürd turşusundan ibarətdir. Planetin səthində çoxlu sayda aktiv vulkanlar da var. Veneranın sadə kompüter modelləri göstərib ki, bu planet keçmişdə Yerə daha çox bənzəyib və çoxlu su ehtiyatı və nisbətən yumşaq iqlimə malik olub. Bu səbəbdən alimlər hansı hadisənin Veneranı indiki kimi cəhənnəmə çevirməsini öyrənmək istəyirlər. Avropa və sovet zondlarının məlumatları göstərib ki, həmin hadisə minimum milyard il əvvəl baş verib.

Avropanın "Venera-Ekspress" zondunun 2000-ci ilin ikinci yarısında göndərdiyi məlumatı Yerin analoji göstəriciləri ilə müqayisə edən alimlər planetlərin atmosferinin təkamülü üzrə bir neçə model hazırlayıblar. Hesablamalar göstərib ki, Venerada ağır hidrogenin əhəmiyyətli dərəcədə çox olması bu planetdə su ehtiyatları ilə bağlı olub. Həmin okeanın Yerdəki ilə bənzərliyinə gəldikdə isə, onlar ilk növbədə, okeanın necə yox olması və hidrogenin buxar şəklində atmosferə qarışmasına aydınlıq gətirməlidir. Kanadalı professor Riçard Ernst qeyd edib ki, Veneranın səthində olan tesserlər (geoloji strukturlar) Yerin və Marsın üzərindəki qədim çay məcralarına bənzəyir. Onun sözlərinə görə, bütün bu sualların cavabı Veneranın səthində onlarla santimetr dərinlikdə qazıntı apardıqdan sonra verilə bilər.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar