Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

SSRİ-nin ilk seks manyakı haqqında DƏHŞƏTLİ FAKTLAR - 42 zorlama, 9 qətl və...

Tarix: 07-10-2019 09:15     Baxış: 4566 A- / A+
SSRİ-nin ilk seks manyakı haqqında DƏHŞƏTLİ FAKTLAR - 42 zorlama, 9 qətl və...


SSRİ-nin ilk seks manyakını tapmağı Leonid İliç Brejnev şəxsən özü tələb etdi. Ona görə minlərlə polis işsiz qaldı.

Necə oldu ki, gizli hərbi zavodun perspektivli əməkdaşı Aleksandr Berlizov zaman keçdikdən sonra Dnepropetrovsk şəhərinin yuxusuna haram qatan "Gecə iblisi" oldu.

Manevr.az bildirir ki, gənc, perspektivli Aleksandr gündüzlər zavodda çalışırdı, qaranlıq düşən kimi şəhərdə qadınlara hücum edərək, əhali üçün sözün əsl mənasında dəhşətə çevrildi. Belə ki, Aleksandr Berlizov 42 qadını zorlayıb, 9 nəfəri isə öldürüb. Onun tapılması üçün SSRİ-nin Baş katibi L.İ.Brejnev şəxsən göstəriş verərək, prosesə müxtəlif bölgələrdən 3 min polisi səfərbər edir.

1946-cı ildə anadan olan Berlizov peşə məktəbini bitirdikdən sonra, o zaman gizli zavod "Yujmaş"da elektrik montajçısı kimi işə düzəlir. Bu zavodda kosmik raketlər istehsal edi. Burada işə girmək Berlizov üçün çox böyük uğur sayılırdı. Bu zavodda işə girənləri ciddi yoxlamadan keçirirdilər. 18 yaşlı gənc, hətta zavodun komsomol təşkilatına rəhbərlik edib.

Bununla paralel olaraq Berlizov kriminalistika ilə yaxından maraqlanamağa və müxtəlif cinayət işlərini praktik olaraq araşdırmağa başlayır. Hətta zavoddan könüllü olaraq cinayətkarları tutmaq üçün polisə yardım da edirdi.

Bəs necə oldu ki, Berlizov özü cinayətə sürükləndi?

Bax, bu indiyədək sirr olaraq qalmaqdadır. İstisna edilmir ki, bu gəncin də digər manyaklar kimi əks cinslə münasibətlərində çətinlik olub. O, ilk cinayət hadisəsini törədənə kimi hər hansı qızla münasibəti olmayıb.

Aleksandr ilk cinayətini 23 yaşında, 1969-ci ildə törədib. O, gecədən xeyli keçmiş işdən qayıdan qadına arxadan hücum edir. O, yaylıq ilə onu huşunu itirənədək boğur.

Bundan sorna onu zorlayır və sonda ona məxsus bəzi şəxsi əşyalarını götürür.

Bundan sonra Aleksandrın qadınlara qarşı hücumu davamlı hal alır. Belə ki, qaranlıq düşən kimi Dnepropetrovskda küçələrdə tək gəzən qadınlara hücum edir.

Zərərçəkənlər hücuma məruz qalmaları ilə bağlı polisə şikayət edirlər. Dnepropetrovsk polisi ancaq bu cinayətlərin baş verməsindən iki il sonra qadınlara hücum edənlərin bir nəfər olduğunu başa düşür
Buna baxmayaraq, Aleksandr daha tez-tez "ova" çıxırdı. O, hətta qurbanlarını öldürməyə başladı. Bir dəfə qurbanlarından birinin ona baxdığını gördüyünü bildiyindən ona yaşamaq haqqını verməyərək öldürüb. Hansı "ovu" onun sifətini görürdüsə, onu mütləq öldürürdü.

Dnepropetrovsk polisinin serial zorlama və ölüm hadisələri ilə bağlı cinayət hadisələrinin üstünü aça bilməməsi şəhərdə ciddi panikaya səbəb olurdu. Ona görə də Alenksandr "Noçnoy demon" adını alır. Qadınlar qaranlıq düşən kimi küçəyə çıxmağa ehtiyat edirdilər. Vəziyyət o həddə çatdı ki, müəssisələrdə gecə növbəsində işləyən qadınların iş qrafikini gündüzə dəyişməli oldular. İkinci və üçüncü növbə ləğv edildi. Gecə vaxtı ilə qadınları harasa getmək istəyərkən, ancaq yaxınları tərəfindən ünvanadək müşaiyət olunurdu.

Polisin bu cinayət hadisəsinin üstünü açmaq üçün ciddi-cəhdlə çalışsa da, partiya orqanları, dövlət qurumları polisi fəaliyyətsizlikdə təqsirləndirirdi.

Polis Denepropetrovskda zorlamaya görə məhkum olan bütün keçmiş məhbusları, o cümlədən bütün evsizləri yoxladı. Bir nəticə olmadı. Ancaq Aleksandr Berlizov qadınlara qarşı hücumunu davam etdirirdi. Bununla belə Berlizova "Yujmaş"da əməliyyat qrupuna rəhbərlik edərdi. Bu yolla seks manyakını müəyyən etmək barədə polisin əməliyyatından və planlardan xəbərdar olurdu. Aleksandr bu qayda ilə dəfələrlər törətdiyi cinayətlərdən canının rahatca qurtara bilmişdi.

Misal üçün bu yolla seks manyakını aşkar edib, həbs etmək üçün Ukrayna daxili işlər nazirinin müavini, general-leytenant İvan Bondarenkonun rəhbərliyi ilə şəhərə Moskva və digər bölgələrdən 3 minədək polis şəhərə yeridilməsindən vaxtında xəbər tutdu. Dnepropetrovska bu qədər polis SSRİ-nin Baş katibi Brejnevin göstərişi ilə girib və onların qarşısına bir məqsəd qoyulub ki, necə olur-olsun "Gecə iblisi" tutulmalıdır.

Polis gücləndirilmiş iş rejiminə keçərək şəhərdə bütün küçələri,dalanları, evlərin çardaqlarını, zirzəmilərini yoxladı və nəzarətə götürdü. Hətta gənc komsomolçu qızlar qaranlıq vaxtı şəhər küçələrində gəzməyə başladılar. Onlar parklarda, hətta sakit qaranlıq küçələrdə gəzərərk, "Gecə iblisi"ni yaxalamaqda polisə kömək etmək istəyirdilər. Lakin heç bir nəticə olmadı.

"Gecə iblisi" polisin bütün hərəkətlərindən xəbərdar olmaqla yanaşı, onların hərəkət marşurutunu bilirdi. Ara sakitləşən kimi yenidən şəhərdə qadınlara hücum başladı. Bu dəfə cinayətin qurbanı gənc bir qadın oldu. Gənc qadın zorlandıqdan sonra öldürülmüşdü. Sanki bununla "gecə iblisi" polisi ələ salırdı. Çünki "gecə iblisi" heç bir iz qoymurdu. Nəhayət günün birində "Noçnoy demon" səhvə yol verir. Təzə yağan qarın üzərində geydiyi ayaqqabının izi qalır. Bu ayaqqabı Dnepropetrovska çox az sayda gəlir. Bu iz ilk vaxtlarda polisin işinə yaramadı. Ona görə ki, xarici ayaqqabı vətəndaşlara pasportla satılmırdı.

Odur ki, polis manyakı yaxalamaq üçün daha bir varianta əl atır.Milis manyakın hər qurbanının hansısa bir şəxsi əşyasının itdiyini müəyyən edir. Əməliyyatçılar güman edir ki, manyak həmin şəxsi əşyalarının şəhər mağazalarının birində satacaq. Ona görə də həmin mağazalar nəzarətə götürüldü. Düzdür, ilk zamanlar bu nəticə vermədi. Çünki manyak polisin onun izinə düşdüyündən taktikanı dəyişir. Polisin onu axtarmasına baxmayaraq, manyak gündüzlər qadınlara hücum etməyə başladı. O, ailəli yataqxanalarda yaşayanlara hücum etdi. Berlizov seçdiyi qurban mühəndis idi. O, arvadı və yarımyaşlıq qızı ilə yaşayır. Mühəndis gündüz işdə olduğundan və evin qapısı açıq olduğundan manyak sakitcə evə girir və qadına hücum edir. O, qurbanını huşunu itirənədək boğur və sonra zorlayır. Berlizov evdən gedərkən uşaq yuxudan ayılır və ağlamağa başlayır. Onun ağlamağına anası ayılır. Lakin o manyakın hələ içəridə olduğundan sakitcə övladının ağlamasına dözərək dayanır. Hücuma məruz qalan qadın Berlizovanın sifətini görür və onu ömürlük yaddaşına həkk edir. Bu manyakın üzünü görən ilk qadın olur. Onun əsasında manyakın fotorobotu hazırlanır. Bu foto da polisin işinə yaramır. Polisin bundan sonra "qurban qadın"la birgə manyakı axtarmağa başlayır. Qadın əməliyyatçılarla şəhərin müxtəlif yerlərində, ictimai yerlərdə, kinoda, teatrlarda, mağazalarda olur. Qadın hər yerdə kişilərin simasına baxırdı. Yalnız bir aydan sonra kimi axtardığını görə bildi. Bir dəfə tramvayda gedərkən qadın Berlizovanı sərnişinlər arasında görür. Qadın polisə gözü ilə manyakı göstərir. Berlizova da öz qurbanını həmən tanıyır və vəziyyəti yerindəcə dəyərləndirən manyak özünü tramvaydan atır və aradan çıxır. Buna baxmayaraq polis onun xarici görünüşünə əsasən yeni fotorobot hazırlayır və bütün polislərə paylanılır. Qısa zamandan sonra zavodda işləyən polis şübhəli şəxs qismində axtarılan manyakın orada işlədiyi barədə məlumat verir. Lakin Berlizov özünəinamlı olduğundan şəhəri tərk etmədi və sakitcə işinə davam etdi. Əməliyyatçılar onu güdməyə başladı və çox keçmədən axtardıqları adamın Berlizov olduğunu müəyyən etdilər. Bütün dəlillər onun manyak olduğunu sübuta yetirirdi.

Əməliyyat nəticəsində manyakın qurbanlarından çaldığı bütün əşyaları saxladığı gizli yer də aşkar olunur. O, qurbanlarından götürdüyü şəxsi əşyaları valideynlərinin evində gizlədirmiş. Bundan sonra onun həbsi barədə qərar verilir. Berlizov ilk anda müstəntiqlərin gözünə baxaraq gülür. Onlarla cinayət hadisəsinin təfərrüatını müstəntiqlərə danışan manyak günahlarını etiraf etməklə, bir daha belə cinayətlərə əl atmayacağını da deyir. Berlizov qəlbinin dərinliyində anlayırdı ki, onun ən ağır cəzadan qaçmağın yeganə yolu psixatrik ekspertizadan keçməkdir. Bu yolla ancaq günahsızlığını sübut edə bilər. Müayinə zamanı təbii ki, psixiatorlar onun cinsi psixi pozğunluq olmasını aşkar etdilər. Bununla belə mütəxəssislər yekdil bir qərara gəldilər ki, manyak nə etdiyinin fərqində olub. Ancaq tibbi rəydən sonra manyak barəsində ölüm hökmü çıxarıldı. Amma onu heç kim görmədi. O, 1972-ci ildə Dnepropetrovsk həbsxanalarından birinə göndərilir./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar