Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə başa çatdı, qarşıda iki vəzifə var - Moskva rəsmən BƏYAN ETDİ

Tarix: 13-09-2019 08:29     Baxış: 3203 A- / A+
Müharibə başa çatdı, qarşıda iki vəzifə var - Moskva rəsmən BƏYAN ETDİ

Suriyada müharibə həqiqətən bitdi.

Manevr.az xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində bildirib.

“Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız Suriya hökumətinin nəzarətində olmayana İdlib və Fərat çayının şərq sahili kimi ərazilərdə qalır", - nazir qeyd edib.

Lavrovun sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və "bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq naminə böhranın həlli üçün siyasi prosesin irəliləməsi" vəzifələri ön plana çıxır.

Qeyd edək ki, Suriyada silahlı konflikt 2011-ci ilin əvvəlində hakimiyyət əleyhinə etiraz aksiyalarının silahlı toqquşmalara keçməsi ilə başlayıb. Vətəndaş müharibəsinin gedişatında müxalifət və terrorçu qruplar qarşısında ağır məğlubiyyətlər yaşayan ölkə prezidenti Bəşər Əsəd 2015-ci ilin avqustunda hərbi kömək üçün Rusiyaya müraciət edib. 2015-ci il sentyabrın 30-dan Rusiya Yaxın Şərq ölkəsində əməliyyatlara başlayaraq, Əsədin rəqiblərinə ağır zərbələr endirir.

2017-ci ilin sonunda İŞİD terror qruplaşmasının üzərində qələbə elan edilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar