Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Özünü sadə göstərir, əslində 200 milyard dollarlıq sərvəti var...”

Tarix: 29-06-2019 15:19     Baxış: 3243 A- / A+
“Özünü sadə göstərir, əslində 200 milyard dollarlıq sərvəti var...”
Xəbər verildiyi kimi bu günlərdə ABŞ İrana qarşı növbəti sanksiyalar paketini qəbul edib və bu sanksiyalar ilk dəfə Ali dini lider ayətullah Xameneyini də əhatə edəcək.

Belə görünür ki, Ali dini liderin hədəfə alınması Tehranda daha çox narahatlıq doğurub. Çünki Xameneyi yüz milyardlarla dollarlıq aktivlərə nəzarət edir və sanksiyalar onun xaricdəki aktivlərini, bank hesablarını iflic edə bilər.
ABŞ-da yaşayan və milliyətcə azərbaycanlı olan müxalif iranlı jurnalist Əhməd Haşimi “Amerikanın səsi”nə müsahibəsində deyib ki, Ali dini liderin də hədəfə alındığı son sanksiyalar Tehran rejimi üçün ciddi zərbədir.
“Özünü sadə göstərir, əslində 200 milyard dollarlıq sərvəti var...”
“Bilirik ki, Xameneyi bölgədə ən zəngin adamlardan biridir. Nə qədər özünü şəxsi həyatında çox sadə göstərsə, ictimaiyyət arasında sadə geyimdə çıxsa da biz bilirik ki, İranda şəffaflıq yoxdur, amma fərqli təxminlərə görə, xüsusilə də “Reuters” xəbər agentliyinin bir hesabatına görə, əslində onun 200 milyard dollarlıq sərvəti var. Bu belə hesablanıb ki, onun nəzarətində olan və heç kəsə hesabatlı olmayan müəssisələr, qurumlar var. 20-yə qədər qurum və təşkilat var ki, birbaşa Xameneyinin nəzarəti altındadır və bütün zənginliklər onun nəzarəti altındadır”,-Haşimi deyib.

Əhməd Haşimi İranın ali dini rəhbərinin hesablarındakı maliyyənin müxtəlif mənbələri olduğunu bildirib.
“Özünü sadə göstərir, əslində 200 milyard dollarlıq sərvəti var...”
“Amma Xameneyinin sərvətinin qaynaqları sadəcə bununla məhdudlaşmır. Çox fərqli 20 təşkilat var və onlar iqtisadiyyatda fəaldır, ticarətdə, alış-verişdə. Biz bilirik ki, İran iqtisadiyyatının demək olar ki, 95 faizi dövlətə və dövlətə bağlı qurumlara məxsusdur. Buna görə də bütün bu maliyyə tranzaksiyaları birbaşa, ya da dolayısı ilə Xameneyinin gəlirlərini təşkil edir”,-o deyib.

Əhməd Haşimi ABŞ-ın son sanksiyalarının İranın onsuz da tənəzzüldə olan iqtisadiyyatının daha da zəifləməsinə və bunun nəticəsində Tehran rejiminin "süquta uğramasına səbəb ola biləcəyini" bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar