Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Saakaşvilinin xanımı Tbilisidə aksiyaya qoşuldu

Tarix: 27-06-2019 13:16     Baxış: 3146 A- / A+
Saakaşvilinin xanımı Tbilisidə aksiyaya qoşuldu


İyunun 20-dən Tbilisidə keçirilən kütləvi aksiyalar səngimək bilmir

Ötən gün parlamentin binası qarşısında Daxili İşlər naziri Georgi Qaxariyanın istefası tələbi ilə baş tutan mitinqdə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin xanımı, ötən ay Zuqdudi şəhərinin meri olmaq uğrunda apardığı mübarizədə uduzan Sandra Rulofs da olub.

Qeyd edək ki, "Vahid milli hərəkat" partiyasının nümayəndəsi S. Rulofs 42,75 faiz səslə uduzduğu seçkilərdən sonra jurnalistlərə verdiyi açıqlamada Gürcüstanda etiraz dalğasına söz vermişdi: "Biz qətiyyətlə mövqeyimizi müdafiə edəcəyik. Hər bir şəhərə, kəndə, küçəyə baş çəkəcəyik və insanları əmin edəcəyik ki, biz bir-birimizi güclü edə bilərik. Bidzina İvanişvilinin rejiminə etiraz dalğası ilə qalib gəlməliyik".

Bundan əlavə, Mixail Saakaşvili də günlərdir aksiya edən mitinqçilərə dəstək olub. O, feysbuk səhifəsində video-müraciət edərək hakim partiyanı siyasətdən uzaqlaşdırmaq üçün insanları birləşməyə çağırıb. Ancaq Saakaşvili partiyanı hakimiyyətdən sülh yolu ilə kənarlaşdırmağı bildirib.(qafqazinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar