Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Edamdan əvvəl şallaqlandılar – İranda azyaşlılara qarşı qəddarlıq

Tarix: 02-05-2019 14:50     Baxış: 3185 A- / A+
Edamdan əvvəl şallaqlandılar – İranda azyaşlılara qarşı qəddarlıq

ABŞ Dövlət Departamenti İranın Şiraz şəhərində iki 17 yaşlı yeniyetəmənin gizli şəkildə edam edilməsinə münasibət bildirib.

Manevr.az xəbər verir ki, departamentin sözçüsü Morqan Ortakus 17 yaşlı yeniyetmələr Mehdi Söhrabifər və Əmin Sədaqətin edam edilməsindən şoka düşdüklərini bildirib.

Morqan Ortakus İranın gizli şəkildə gerçəkləşdirilən bu cəzanın yenidən ölkədə azyaşlı uşaqların edam edilməsinə başlandığının göstəricisi olduğunu deyib.

Aprelin 29-da Beynəlxalq Əfv Təşkilatı İranın Şiraz şəhərində 2 azyaşlının gizli olaraq edam edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, 15 yaşlarında həbs edilmiş bu şəxslərin cəsədləri üzərində şallaq izləri aşkar olunub: “Bu onların asılmamışdan öncə şallaqlandığını göstərir”.

Məlumatda həmçinin dünya üzrə azyaşlı uşaqların ən çox İranda edam edildiyi vurğulanıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar