Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Hakimiyyətə gəlməsi üçün…” – Amerikalı politoloqdan Paşinyan etirafı

Tarix: 30-04-2019 16:12     Baxış: 2181 A- / A+
“Hakimiyyətə gəlməsi üçün…” – Amerikalı politoloqdan Paşinyan etirafı

“Ermənistan Baş naziri Nikol Paşinyan işləməyə başlayıb və ABŞ-la siyasət oyunu oynamağı dayandırdı”.


Manevr.az
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Karnegi Fondunun araşdırmaçısı Pol Stronski deyib.

Ekspert ABŞ-ın keçmiş Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sərkisyandan razı qalmadığını və maliyyə yardımının azaldıldığını bildirib.

Stronski Ermənistanda iqtidarın dəyişməsindən sonra ABŞ-ın bu ölkəyə maliyyə yardımının xeyli ölçüdə artdığını deyib:

“Avropa İttifaqından fərqli olaraq, ABŞ 6 ay ərzində Ermənistana 14 milyon dollar yardım edib. Keçən il ərzində isə 1992-ci ildən bu günə ilk dəfə olaraq, ABŞ Ermənistana 25 milyon dollar verdi. ABŞ xüsusilə Paşinyan hökuməti öz prioritetlərini bəlli etdikdən sonra daha çox pul verməyə hazırdır”.

Pol Stronski bununla belə, Ermənistanın Rusiya ilə birlikdə Suriyada hərbi missiyanı həyata keçirməsinin ABŞ-ın maraqlarına zidd olduğunu diqqətə çatdırıb.

Ekspertə görə, Qazaxıstan, Qırğızıstan və Belarus uzun müddət Rusiyanın Suriyaya hərbi birlik göndərmək təzyiqi qarşısından geri çəkilmədi: “İndiyədək bu təzyiqə boyun əyən yeganə ölkə Ermənistandır. Ermənilərin bu hərəkəti pis görünür. Amma ABŞ və Ermənistan arasındakı münasibətlər güclüdür. Paşinyanın isə bir işi var, ABŞ-ı ittiham etməməlidir”.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar