Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan iddialı bəyanat: "Əgər Tonoyan başqa bir şey desə idi, onu istefaya göndərərdim"

Tarix: 02-04-2019 23:35     Baxış: 3212 A- / A+
Paşinyandan iddialı bəyanat:

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi davam etdirilməlidir, lakin hələlik problem həll olunmayıbsa, bir dövlət və xalq kimi vəziyyətin istənilən inkişafına hazır olmalıyıq”.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin vurğulayıb ki, müdafiə naziri David Tonoyanın Nyu-Yorkda “yeni müharibə” haqqında səsləndirdiyi bəyanat danışıqlar prosesinə kölgə salmır: “Əgər Tonoyan başqa bir şey desə idi, mən onu müdafiə naziri postundan istefaya göndərərdim”.

Qeyd edək ki, bu ilin martın 30-da Tonoyan Amerikadakı erməni icması ilə görüşündə müharibə bəyanatı ilə çıxış edib: “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür”.

O, həmçinin, bundan sonra Ermənistanın hücum qoşun bölmələrinin sayını artıracaqlarını da bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar