Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranın “erməni layihəsi”nə Qərb imkan verməyəcək – Şərh

Tarix: 03-03-2019 11:05     Baxış: 2222 A- / A+
İranın “erməni layihəsi”nə Qərb imkan verməyəcək – Şərh


Qərb İran və Rusiyanın iştirakı ilə ciddi bir enerji layihəsinin ortaya çıxmasına imkan verməz. Bu mənada Karapetyanın açıqlaması Tehranın arzusu ola bilər. Amma bunun hazırda baş verən proseslər fonunda reallaşması inandırıcı görünmür.


Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Rusiya-Ermənistan-İran-Gürcüstan arasında görüşün keçirilməsi bölgədə olan enerji layihələrinə Rusiyanın və İranın alternativ marşrutlar təklif etməsindən irəli gəlir:

“Amma Gürcüstanın bu layihəyə qoşulub-qoşulmayacağı ilə bağlı fikir söyləmək hələ tezdir. Düşünmürəm ki, Gürcüstan hazırki vəziyyətdə bu layihəyə qoşulmağa can atsın. Bu onun həm Qərblə, həm də Azərbaycanla münasibətlərinə ciddi təsir göstərə bilər. Gürcüstan Prezidentinin ölkəmizə son səfərindən də göründü ki, qonşu dövlət Azərbaycanla müansibətlərinə kifayət qədər əhəmiyyət verir. Eyni zamanda bu münasibətlərin daha da yaxşılaşdırılması və inkişafında maraqlıdır”.

Analitik vurğulayıb ki, İranın Ermənistan siyasəti təəccüblü deyil:

“Çünki İran Cənubi Qafqaz və ümumi xarici siyasət kursunda da bölgə ölkələri ilə münasibətdə Ermənistanı hər zaman fərqləndirir. Ermənistan müəyyən mənada onun Cənubi Qafqaz siyasətində çox vacib elementdir. Eyni zamanda, rəsmi Tehran Azərbaycanla münasibətlərində manevr imkanları qazanmaq üçün Ermənistandan bir alət kimi istifadə edir. Zatən Ermənistan bir çox ölkələrin əlində bu funksiyanı çox rahatlıqla yerinə yetirir. Bu mənada əslində Paşinyanın son İran səfəri müəyyən maraqlı məqamları ilə yadda qaldı. Məsələ bundadır ki, rəsmi İrəvan etibarlı tərəfdaş deyil. Ermənistanın ümumiyyətlə bu imici də yoxdur. Bunu İran da, Rusiya da, Qərb ölkələri də yaxşı bilir. Bu gün Ermənistana stavka etməklə hansısa ciddi layihəni ortaya qoymağın özü şübhəlidir. Çünki Paşinyan iqtidara gələndən sonra Ermənistanın xarici siyasət kursunda xeyli dəyişikliklər olub. Bu bir il ərzində Ermənistan gah qərbyönümlü, gah rusiyayönümlü, indi isə İranla yaxınlaşma siyasəti həyata keçirir. Ermənistanın hər zaman ikiüzlü siyasətə üstünlük verməsi bu layihənin özünün ciddi layihə olaraq perspektivini şübhə altına alır”.

Analitik vurğulayıb ki, Azərbaycan kifayət qədər etibarlı tərəfdaş olduğunu sübut edib:

“Bunun ən bariz nümunəsi ölkəmizin bölgədə və dünyada imzası ilə ortaya qoyulan ciddi enerji layihələridir. Azərbaycan həmin layihələrin fundamentini təşkil edir və layihələrin reallaşmasında ölkəmizin rolu danılmazdır. Bu gün ölkəmizə həmin layihələrin gətirdiyi dividentlər də ortadadır”.

Qeyd edək ki, Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan Tehranın İrəvana Rusiya və Gürcüstanla elektroenerji və qaz tranziti sferasında əməkdaşlığı inkişaf etdirməyi təklif etdiyini deyib. Onun sözlərinə görə, apreldə Tehranda bu istiqamətdə Rusiya-Gürcüstan-İran-Ermənistan görüşünün keçirilməsi planlaşdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar