Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nyu-Yorkun mərkəzində Qarabağ lövhəsi – Erməniləri qəzəbləndirəcək addım

Tarix: 02-02-2019 15:14     Baxış: 3219 A- / A+
Nyu-Yorkun mərkəzində Qarabağ lövhəsi – Erməniləri qəzəbləndirəcək addım

Türk Amerika Təhlükəsizlik Fondu (TASFO) və Türk-Amerika Assosasiyası (TADF) ABŞ-da Xocalı soyqırımı ilə bağlı həyata keçirəcəyi tədbirlər planını təqdim edib.

Manevr.az xəbər verir ki, bu barədə teleqraf.com-a TASFO başqanı Fatih Özonur məlumat verib.

Təşkilat rəhbəri qeyd edib ki, Nyu-York və Vaşinqton başda olmaqla ayrı-ayrı ştatlarda Xocalı soyqırımına həsr edilmiş foto sərgilərin keçirilməsi tədbirlər planına daxildir:

"Həmçinin TADF-ın ayrı-ayrı ştatlarda fəaliyyət göstərən dərnəklərinin dəstəyi ilə fərqli ştatların konqreslərinə, eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatasına TASFO-nun arxivində olan faktlar təqdim ediləcək. Paralel olaraq, Ermənistan konsulluğunun qarşısında etiraz aksiyasının təşkili də bura daxildir.

Habelə ABŞ-dakı Azərbaycan konsulluqlarına başsağlığı müraciətləri ünvanlanacaq. Mümkün olsa, Azərbaycan Baş Konsulluğu ilə birgə simpozium təşkil ediləcək. Görüləcək işlərin dünyanın nüfuzlu media qurumlarına göndəriləcək. Erməni soyqırımlarını pisləyən yazılı bəyanatlar türk torpaqlarında qurulmuş Ermənistanın ABŞ-dakı səfirliyinə təqdim ediləcək".

Fatih Özonur bildirib ki, icazə alınacağı halda, Dağlıq Qarabağın işğal edilməsini əks etdirən böyük bir lövhə Nyu-York şəhərinin mərkəzində asılacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar