Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ə

Tarix: 19-06-2020 19:16     Baxış: 4144 A- / A+
“Biz fədakar qələm sahiblərinin mənzillə təmin olunmalarına çalışmışıq, naqisliklər hüquq-mühafizə orqanları tərəfindən üzə çıxarılacaq”

Manevr.az Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovun pressklub.az saytına verdiyi müsahibəni təqdim edir:

O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında KIVDF-nin sabiq rəhbərliyi ətrafında yaranmış durum bütövlükdə media ictimaiyyətinin diqqətindədir:

“Mən də yayılmış rəsmi məlumatla tanışam. Hesab edirəm ki, istənilən bu cür məsələ barədə hüquq və qanunlarımız çərçivəsində müvafiq ölçü götürülməlidir. Cinayət işi açılıb, araşdırmalar gedir. Düşünürəm ki, bunun nəticəsində ədalətli yanaşma təmin olunacaq. Ümumən kifayət qədər geniş diapazonda fəaliyyət göstərən, yəni həm jurnalistlər üçün yaşayış binalarının inşasına, həm yaradıcılıq müsabiqələrinin keçirilməsinə, həm də kütləvi informasiya vasitələrinin layihələrinin maliyyələşdirilməsinə cavabdeh olan dövlət qurumunda şəffaflıqla bağlı şübhələrə ciddi diqqət yetirilməlidir. Hesab edirəm ki, ictimai reaksiya da bu diqqətə adekvatdır. Yenə də deyim ki, son söz hüquq-mühafizə orqanlarınındır. Mən ədalətli yanaşma tərəfdarıyam, buna da inanıram”.

Jurnalistlər üçün yaşayış binalarının inşasına gəlincə, Ə.Amaşov vaxtilə bu ideyanın təşəbbüskarlarından biri, daha doğrusu, birincilərindən olduğunu söylədi:
“Çünki görmüşəm ki, çoxlu sayda evsiz jurnalistlərimiz var. Onlar ömürlərini kirayələrdə, yaxud darısqal mənzillərdə keçirirlər. Digər tərəfdən, jurnalistika sahəsində xidmət amili də var. Nəyə görə jurnalist xidməti müqabilində mənzillə təmin olunmasın? Digər sahələrdə bu praktika varsa, düşünmüşəm və yenə də o fikirdəyəm ki, media təmsilçiləri kənarda qalmamalıdırlar. Onu da deyim ki, vaxtilə jurnalistlərin mənzil problemi gündəmə gələndə heç kəs ağlına gətirmirdi ki, mənzillər tam ödənişsiz olacaq. Müxtəlif variantlar var idi. Torpaq ayrılması, güzəştli kredit şərtləri İlə mənzil və sair… 2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin açılışı zamanı biz vəziyyəti dövlət başçısının diqqətinə çatdırdıq. O isə məsələni birdəfəlik həll etdi – həmin gün jurnalistlər üçün bina tikintisini nəzərdə tutan sərəncam imzaladı. 2013 və 2017-ci illərdə daha iki prezident sərəncamı oldu. Bəli, o zaman müəyyən adamlar, hətta bəzi həmkarlarımız fikir irəli sürürdülər ki, dövlət jurnalistləri mənzillə təmin edirsə, onu asılı hala salır. İndi də bu sayaq düşünənlər var. Fikrimi iki aspektdən izah edəcəyəm:

Birincisi, onu deyim ki, Mətbuat Şurası olaraq hər zaman bildirmişik ki, media ölkə iqtisadiyyatının tərkib hissəsi olmalıdır. Onun iqtisadi həyatdakı iştirakçılığı yüksək həddə çatdırılmalıdır. Bu gün də qarşımızda duran mühüm vəzifələrdən biri məhz budur. Yəni elə vəziyyət yaranmalıdır ki, jurnalist öz maaşı ilə mənzil ala bilsin. Digər sahələri deyə bilmərəm, media ilə bağlı bunun vacibliyi, KİV təmsilçisinin əməkhaqqı hesabına mənzil alma imkanının olması son dərəcə vacibdir. Hər halda, bildiklərimiz məsələnin mahiyyətini fərqli müstəviyə çəkənlərdən az deyil ki, çoxdur. Ancaq gəlin, reallığı düşünək. Bir nəsil gəlib gözümüzün önündən keçirdi. Evsiz, kirayələrdə, darısqal mənzillərdə yaşayan jurnalistlər… Bu nəslin nümayəndələri sırasından evlə təmin edilənlər yetərincə oldu. Onların ölkədəki reklam bazarının qaydasına düşməsini, bununla da gəlirləri hesabına ev almalarını gözləməyə sadəcə, vaxtları yox idi. Bu fədakar insanlar kirayələrdə qalmalıydılar? Övladlarına toy edib, evlərinə gəlin gətirməyin ağırlığını yaşamalıydılar? Müəyyən yollarla özlərinə mənzil əldə edən jurnalistlər də var. Bu adamlar bir başqadır. Hər birimiz bilirik. Mən dediyim kateqoriyadan olan insanlar istedad və ya digər keyfiyyətlər baxımından ikincilərdən nə ilə geri qalırdılar? Əsla geri qalmırdılar, ancaq nə olsun, evləri yox idi, çətinlik çəkirdilər. Mətbuat Şurası vaxtilə təşəbbüs qaldıranda belə adamların əməyinin stimullaşdırılmasını, onların qayğılarının azaldılmasını əsas götürüb. Biz həqiqi, fədakar qələm sahiblərinin, ömrünü-gününü jurnalistikaya sərf etmiş cəfakeş həmkarlarımızın mənzillə təmin olunmaları üçün konkret təkliflər irəli sürmüşük, namizədliklərini dəstəkləmişik. Çox şadam ki, onlar bu gün halal mənzillərində həyatlarına davam edirlər. O ki qaldı qeyri-obyektivliklərə, naqisliklərə, hesab edirəm ki, bunlar hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində üzə çıxacaq.

İkincisi, hər kəsin malik olduğu xarakter var. İnsan nəyinsə müqabilində əyiləcəksə, onsuz da əyiləcək. Bu gün kifayət qədər həmkarımız var ki, dövlət tərəfindən onlara verilmiş mənzillərdə yaşayırlar və bu cəhət onların yaradıcılıqlarına heç bir mənfi təsir göstərmir, nəyisə yazıb-yazmamaqda sıxıntı keçirmirlər. Təbliğ də edirlər, tənqid də. Əksinə, onların obyektiv tənqid etmələri dövlətimiz üçün daha xeyirlidir. Dövlət də bu tənqidə ehtiyac duyur ki, cəmiyyətlə işini səmərəli qursun, problemlərə zamanında və operativ reaksiya versin. Əslində dövlətin mediaya istər sosial baxımdan, istərsə də digər cəhət onların yaradıcılıqlarına heç bir mənfi təsir göstərmir, nəyisə yazıb-yazmamaqda sıxıntı keçirmirlər. Təbliğ də edirlər, tənqid də. Əksinə, onların obyektiv tənqid etmələri dövlətimiz üçün daha xeyirlidir. Dövlət də bu tənqidə ehtiyac duyur ki, cəmiyyətlə işini səmərəli qursun, problemlərə zamanında və operativ reaksiya versin. Əslində dövlətin mediaya istər sosial baxımdan, istərsə də digər cəhətdən dəstəyinin fəlsəfəsi də məhz buna söykənir. Bir daha deyim ki, heç bir halda jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunmaları ideya baxımdan onları asılı hala salmır. Məsələ bu ideyanı düzgün qavrayıb-qavramamaqdadır. Arzu edək ki, düzgün qavrayanlar çox olsun”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar