Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi

Tarix: 17-10-2019 14:28     Baxış: 380 A- / A+
Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi

Ötən gün Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin “Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib.

Manevr.az “virtualaz.org”a istinadən xəbər verir ki, yürüş barədə video sosial şəbəkələrdə yayılıb. Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər. Dağlıq Qarabağdakı separatçı rejimi “kadrların köhnə ola biləcəyini” bildirib.
Lakin kadrlardan aydın olur ki, yürüş ötən gün oktyabrın 16-da baş tutub.
“Bu gün oktyabrın 16-da Tərtər rayonunda bütün tələbələr və rayon əhalisi Qarabağa yürüş keçirdi. Qarabağın azad olunmasına görə hamımız səfərbər olunduq.
Qarabağın azadlığı yolunda hər kəs canından keçməyə hazırdır. Əhali bir ucdan gəlir, Tərtər rayonunda əhali qalmayıb, hamısı buradadır ...” , - yürüşü mobil telefonla videokameraya çəkən yerli sakin kadr arxasından bildirir.
Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Soçidə, “Valday” klubunun yığıncağında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına cavab verib. “Qarabağ Azərbaycandır, nida işarəsi!”, - İlham Əliyev bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar