Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz”dan xəbərdarlıq: Fırıldaqçılar var

Tarix: 01-03-2019 20:38     Baxış: 3180 A- / A+
“Azəriqaz”dan xəbərdarlıq: Fırıldaqçılar var

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib.

Qurumdan metbuat.az-a verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında özünü “Azəriqaz” əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.

İstehsalat Birliyi istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən “Azəriqaz” İB-nin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər:

"Sonda bir daha bildiririk ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar