Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İkisi ilahi, biri texnoloji varlıq

Tarix: 10-02-2018 22:35     Baxış: 2499 A- / A+
İkisi ilahi, biri texnoloji varlıq


Hörmətli deputat Vahid Əhmədovun "Çalışmalıyıq ki, insanlar rayonlara qayıdıb kənd təsərrüfatı ilə məşğul ola bilsinlər" məqaləsində qardaş Türkiyə təcrübəsinə istinad edərək, aktual olan “kəndə dönüş” problemə toxunub. Bu dəyərli təklifi yüksək qiymətləndirilməlidir. Kim tərəfindən deyilməsindən asılı olmayaraq yeni ideyalar həmişə maraqla qarşılanmalı və yayılmalıdır. Faydalı ideyaların yayılmsı artıq zamanın, günün tələbidir və “TEDx mühazirələri” şəklində UNEC tərəfindən də geniş yayılır. “Kəndə dönüş” ideyası da yayılmalıdır.
İngilis dilli ölkələrdə maraqlı ifadə var: “ i have an idea”. Yəni yeni ideya söyləməyi cəmiyyət vətəndaşından tələb edir. Bizdə belə təlabat yoxdur. Bir neçə ay öncə başqa bir deputat hörmətli Q. Həsənquliyev də elektromobillərlə bağlı aktual məsələ qaldırdı. Cəmiyyət bu ideyaya dəstək vermədi. Bizim qüsurumuzdur ki, yeni ideyalarla silahlana bilmirik. İnanıram ki, deputat V.Əhmədovun təklif etdiyi ideyaya Respublika Kənd Təssərüfatı Nazirliyində diqqətlə yanaşacaqlar.
“Kəndə qayıdış” problemi ilə bağlı mən də dəfələrlə təklif etdiyim ideyanı təkrar edəcəm.
Uduğumuz hava və içdiyimiz su ödənişsiz olmalıdır, cünkü bu tarixən belə olub. Əgər su başqa yerdən texniki qurğularla gətrilərsə, ödənişli ola bilər. Burada qazanc məqsədi güdülməməlidir. Yadda saxlamaq lazımdır ki, su və hava bizim fiziki varlığımızı və aktivliyimizi təmin edən ilahi varlıqdır.
Fiziki aktivliyimizi artıran üçüncü nemət enerjidir. Lampamızı yandıran, TV və soyducumuzu işlədən elektrik enerjisidir. Bu enerji lazımı qədər olmasa belə, yaşamaq olar, ancaq inkişaf etmək olmaz. Niyə?
Bu suala cavab vermək üçün birinci dünya ölkələri ilə ikinci dünya ölkələrini müqayisə edin. Və ya Kveyt ilə BƏƏ yerdə qalan ərəb olkələrini ilə müqayisə edin. Elmi şəkildə müqayisə etsəniz görərsiniz ki, inkişafdakı bu fərq istehlak olunan enerji fəqqindən asılıdır. Deməli, inkişaf üçün hava, su və enerji bolluğu yaratmaq vacib şətdir. Bu şərtlərin ikisi ilahi, üçüncüsü isə texnoloji məhsuldur. Birinci dünya ölkələrində adambaşına istehlak olunan enerji, ikinci dünya dövlətlərindən 2-10 dəfə çoxdur. Misal üçün, bu göstərici Norveçdə 26 000, Türkiyədə 3000 Wt saat/ adamdır. Və ya BƏƏ –də 15000,Tunisdə 1200 Wt saat/ adamdır.
Tunisdə, yoxsa Əlcəzairdə insanlar yaxşı yaşayırlar? Mən bunu bilmirəm. Ancaq onların adam başına istehlak etdikləri enerjilərini müqayisə edərək əminliklə deyə bilərəm ki, Tunisdə insanlar daha yaxşı yaşaylrlar. Çünki bu göstərici Əlcəzair üçün 850 Wt saat/ adamdır, Tunisdən xeyli azdır.
Bu deyilənlərdən çıxaracağımız nəticə bundan ibarərdir ki, əgər rayonlarda elektrik enerjisinin və təbii qazın qiyməti, Bakıdakı qiymətlərdən 2-3 dəfə (və daha çox) ucuz olarsa əhalinin kəndə axını başlayar. Sual olunur, burada hikməti hardadır? Enerji və qazın qiyməti ucuz olarsa, onda əhalinin fiziki aktivliyi artar. Fiziki aktivlik artarsa məhsul istehsalı çoxalar. Məhsul istehsalı çoxalarsa gəlirdən tutulan vergi çoxalar. Belə olan halda heç Türkiyə variantına ehtiyac qalmaz. Moskvada yaşayan bir tanışım deyir ki, bağ evim Moskvada 100 km aralıdır. Ancaq bağ evimdə təbii qazın qiyməti Moskvadakından bir neçə dəfə ucuzdur. Səbəbin enerjiyə qiymət qoyanlar daha yaxşı bilələr, belə deyilm?

PS. Bu sahədə əldə olunan tədqiqatların nəticələrini aidatı dövlət məmurları ilə bölüşməyə hazıram.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar