Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Maaşlar artacaq: Nə qədər və nəyin hesabına?

Tarix: 15-02-2020 17:36     Baxış: 3259 A- / A+
Maaşlar artacaq: Nə qədər və nəyin hesabına?


Növbəti 5 ildə Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

Bu, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub. Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə minimum əməkhaqqı 2019-cu ilin sentyabrın 1-də qüvvəyə mindi. Prezidentinin sərəncamı ilə aylıq əməkhaqqının aşağı həddi 250 manat səviyyəsinə çatdırıldı. Bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edirdi.

Maraqlıdır, növbəti illərdə minimum əməkhaqqının nə qədər artacağı əsas hədəf götürülüb?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən plan 5 illik dövrü əhatə edir:

“Bu baxımdan hələlik konkret rəqəmlər müəyyənləşməyib. Amma hədəf ondan ibarətdir ki, həm minimum, həm də orta aylıq əməkhaqqı növbəti 5 ildə mərhələli şəkildə artırılsın. Əslində, mövcud əməkhaqqı səviyyəsini nəzərə alsaq, gözlənilir ki, orta aylıq əməkhaqqı növbəti 5 ildə əvvəlkinə nisbətən artacaq. Təbii ki, orta aylıq əməkhaqqındakı artımlar minimum pensiyadakı artımlara da səbəb olacaq. 2019-cu ildə orta aylıq əməkhaqqı 16.6 faiz artdı, bu, avtomatik olaraq 2020-ci ildə əmək pensiya məbləğlərinin 16.6 faiz artmasına gətirib çıxardı. Yəni əmək pensiyası alanların minimum pensiyası 200 manatdan 233 manata qədər yüksəlməsinə səbəb oldu. Gözlənilir ki, minimum əməkhaqqında da artımlar olacaq. Konkret məbləğ hələlik müəyyənləşməsə də, amma hədəf ondan ibarətdir ki, minimum əməkhaqqı səviyyəsi 2025-ci ilədək indiki ilə müqayisədə xeyli çox olacaq. Mərhələli artım 2025-ci ildə Azərbaycanda daha böyük və fərqli bir minimum əməkhaqqı məbləğinə nail olmağa imkan verir.

Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır. Nəzərə alsaq ki, 10 pilot məktəbin yaradılması və istifadəsi nəzərdə tutulub ki, bu da peşə təliminin inkişaf etdirilməsinə imkan yaradacaq. Eyni zamanda elektron xidmətlərin sayında artımlar müşahidə oluna bilər. Əksər sosial xidmətlərin növbəti 5 ildə tam olaraq elektronlaşması, xüsusən dövlət qurumlarının müdaxiləsinin ciddi şəkildə minimumlaşdırılması nəzərdə tutulur. Bu da vətəndaşlarımızın sosial xidmətlərdən daha asan və əlçatan formada istifadə etməsi anlamına gəlir. Bu baxımdan planda nəzərdə tutulan hədəflər birmənalı şəkildə növbəti dövrlərdə Azərbaycanda sosial təminatın gücləndirilməsinə xidmət edəcək.

Digər vacib məqam ondan ibarətdir ki, praktik olaraq bu proqramda fəaliyyətlər illər üzrə qruplaşdırılır. Bu da imkan verəcək ki, sənəddə nəzərdə tutulan fəaliyyətlərin necə icra edilməsini monitorinq etmək mümkün olsun. Eyni zamanda hansı qurumlar tərəfindən belə bir fəaliyyətin icra olunması da öncədən müəyyənləşdirilir. Bu da yalnız dövlət qurumlarının deyil, media, eləcə də ictimai qurumlar tərəfindən monitorinq aparmasına imkan verəcək. Bu baxımdan sözügedən sənəd növbəti dövrlərdə minimum orta aylıq əməkhaqqı məbləğində artımlara gətirib çıxarmaqla əmək bazarını, bütövlükdə sosial sferada şəffaflığın gücləndirilməsinə xidmət edəcək”.

“İnfrastruktura ayrılan vəsaitlərin həcmi azaldılacaq”

Nəzərdə tutulan hədəflərə nail olmaq üçün dövlət büdcəsinin imkanlarına gəlincə, analitik qeyd edib ki, növbəti 5 ildə büdcə məbləğində də artımların olacağı proqnozlaşdırılır:

“Xüsusən çirkli iqtisadiyyatın səviyyəsinin azaldılması ilə bağlı islahatlar büdcə gəlirlərinin artmasına imkan verəcək. Bu da nəticə etibarilə yeni gəlir mənbəyi hesab olunur. Növbəti dövrün infrastrukturuna ayrılan vəsaitlərin həcmində müəyyən qədər azalmalar olacaq. Çünki Azərbaycanda infrastruktur praktik olaraq formalaşıb. Sadecə, infrastrukturun yeniləşməsi ilə bağlı xərclərə ehtiyac olacaq. Bu baxımdan xərclərin strukturunda dəyişikliklərin aparılmasına imkan verəcək. Hesab edirəm ki, minimum əməkhaqqı və pensiyadakı, eləcə də orta aylıq əməkhaqqındakı artımlarla bağlı dövlət büdcəsindən vəsaitin ayrılmasında hər hansı bir çətinliklər olmayacaq. Çünki büdcə və fiskal gəlirlərində plan çərçivəsində proqnozlaşdırılan əməkhaqqı artımlarını müqayisə etsək, növbəti dövrlərdə fiskal gəlirlər həmin sosial öhdəlikləri yerinə yetirməyə imkan verəcək”.

2019-cu ildə minimum əməkhaqqının artırılması ümumilikdə 650 min vətəndaşı əhatə edib. Növbəti illərdə artımın şamil olunduğu əhali sayı da arta bilərmi?

Vüqar Bayramov hesab edir ki, növbəti dövrlərdə əmək bazarında genişlənmə olsa, minimum əməkhaqqı alan vətəndaşların sayı da arta bilər:

“Xüsusən özəl sektorda minimum əməkhaqqı təklif edən iş yerlərinin sayı az deyil. Bu, həm də əmək bazarının sağlamlaşdırılmasın nəzərdə tutur. Əgər növbəti dövrlərdə əmək bazarı yeni və xüsusən də peşə təlimi keçmiş işçilərin daxil olmasına imkan verərsə, o zaman minimum əməkhaqqı alan vətəndaşlarımızın sayında da artımlar ola bilər. Minimum əməkhaqqında artımlar baş verdiyi halda, daha çox vətəndaşı əhatə edə bilər”. /cebhe.info


Manevr.az

Xəbəri paylaş







Müəllif: Ricay
Tarix: 15 fevral 2020 22:22
Salam men 3 cu qrup elilem ozumde herbi xidmet dovru elil olmusam hal hazirdada elilem menede 110 manat elil pulu verirler bilmek isdeyirem ne qeder artim var mende hal hazirda
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar